Rober Pires: "Qarabağ" üçün çətin olacaq"

04.12.2018 | 1369 dəfə oxunub

“UEFA tərəfindən çox gözəl bir seçimdir. Stadion təzədir, azarkeşlər üçün hər cür şərait var. İstərdim ki, finalda məhz sabiq komandam London “Arsenal”ı oynasın. İlk təəssüratım əladır. Arenanı çox bəyəndim”

Stadium.Az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan futbol üzrə fransalı dünya və Avropa çempionu Rober Pires deyib. 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində Bakıya gələn veteran futbolçu yerli jurnalistlərin suallarını da cavablandırıb:

- “Qarabağ”ın “Arsenal” ilə səfər oyununu izləyəcəksiniz?

- Bilirəm ki, Azərbaycanda futbolu çox sevirlər. Bunu “Çelsi” və “Arsenal”la oyunlarda gördük. İnanıram ki, "Qarabağ" "Arsenal"la oyundan çox şey öyrənəcək.

- Finalda "Arsenal"ın kiminlə qarşılaşmasını istərdiniz?

- “Arsenal” üçün çox pozitivəm. Çünki klubun səfiriyəm. Hazırda bu komandada vəziyyət yaxşıdır. Kimə qarşı? Ola bilsin, "Çelsi"yə.

- Bəs "Vilyarreal"ın?

- Hazırda deyə bilmərəm. Amma yarımfinaladək gələcəyinə inanıram. Komandanın çox yaxşı baş məşqçisi var.

- Azərbaycanda futbolun inkişafı üçün nə məsləhət görərdiniz?

- Xoşbəxt insanam, bir neçə ölkədə olacağam. Özünüzə inanın, arzulayın, daha çox işləyin. Bu gün belə istəkli uşaqlar gördüm.

- "Qarabağ" son oyunda nəyə ümid edə bilər?

- Hər şey "Arsenal"dan asılıdır. "Qarabağ" üçün çətin olacaq. "Arsenal" üçün hazırda təqvim çox sıxdır. Ona görə də ola bilər ki, gənclər meydana çıxsın. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.05.2019

17.05.2019

16.05.2019

18:36  "Qarabağ" Avstriyaya gedir - Hazırlıq planı açıqlandı

15.05.2019

13.05.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi