Kamran Quliyev: "Daha çox yarımmüdafiəçi axtarırıq" - MÜSAHİBƏ

10.01.2019 | 1366 dəfə oxunub

"Neftçi" futbol klubunun prezidenti Kamran Quliyev brifinq keçirib. Quliyev əvvəlcə komandanın qış hazırlığını dəyərləndirib:

- Komandamız artıq məşqləri bərpa edib, yanvarın 13-də Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaq. Keçirəcəyimiz 3 yoxlama oyununda rəqiblərimiz də bəllidir. Hər şey qaydasındadır. Paralel olaraq, transfer çalışmalarımızı davam etdiririk. Yaxın vaxtlarda bu məsələdə də yeniliklər olacaq.

- Albaniya mətbuatının yazdığına əsasən, Kvame Karikarini transfer etmək istəyən "Partizani" "Neftçi" ilə razılığa gələ bilmir. Bu iddia nə dərəcədə həqiqətə uyğundur?

- Doğru məlumat deyil. Bildiyim qədərilə, hücumçumuza bir neçə təklif gəlib. Amma bunlar qeyri-rəsmi təkliflərdir. O mənada ki, "Neftçi"yə heç bir rəsmi müraciət olmayıb. Olanda da mətbuata məlumatlar tez çatır. Ona görə sizin də xəbəriniz olacaq.

- Sərfəli təklif müqabilində Karikarini buraxmaq fikriniz var?

- Ola bilər ki, daha çox təcrübə toplaması üçün icarəyə verək. Karikariyə ümidimiz tükənməyib. Keçmiş komandalarındakı statistikasına baxsaq, kifayət qədər məhsuldar futbolçu olduğunu görərik. Görünür, ilk 6 ay onun üçün çətin keçdi. Səbəbkar isə digər hücumçumuz Mirabdulla Abbasovdur. Bu da rəqabətin nəticəsidir. Amma inanmaq istərdik ki, Kvame özünü ya "Neftçi"də, ya da başqa klubda yaxşı forvard kimi göstərəcək, idman və ya maddi baxımdan bizə fayda verəcək.

- "Neftçi"də oyununun alınmaması səbəbini özü ilə danışmısınız?

- Bunu Karikarinin özü də qəbul edir, anlayışla qarşılayır. Əməkdaşlarımız onunla daimi ünsiyyətdədir. Bilir ki, hazırkı rəqabətdə Mirabdulla Abbasovdan bir addım geridədir. Başqa sözlə, Mirabdulla daha öndədir. Amma hər şey bir anda dəyişə bilər. Ona görə də heç bir hücumçu, ümumiyyət, bütün mövqelərin oyunçuları boşalmamalıdırlar. Mən bunu belə görürəm: Ola bilsin, Abbasov daha çox çalışdı və daha şanslı oldu.

- Amma Karikari son müsahibələrində "Meydanda daha çox olmalıyam ki, özümü göstərə bilim" deyib...

- Vaxt qazanmağın da öz şərti var. Baş məşqçimiz Roberto Bordin çox təcrübəlidir. Onun siyasətinə və futbola baxışına bələdik. Bəziləri başqa cür düşünə bilər, amma bu insanın düşüncəsi belədir: Futbolçu əzmkar olmalı, məşqdə canını, bacardığını verməli, özünü maksimum dərəcədə ortaya qoymalıdır. Bunlar onun oyunlarda meydana çıxması ilə nəticələnəcək.

- "Neftçi" hazırkı liderliyini sonadək qoruya biləcəkmi?

- İnşallah.

- Baş məşqçi hansı mövqelərə transferlər istəyib?

- Onunla bu barədə danışığımız olub. Dekabrın ortalarında Mamadu Mbocu transfer etmişik. Müdafiə xəttimizə transferlər tamamlanıb. Heyətə qapıçı Aqil Məmmədovu cəlb etmişik. Hazırda yarımmüdafiəçi və ola bilsin, hücumçu transfer etmək istəyirik. Hücumçu almaq şərt deyil. Oyunçu gətirmək xatirinə yox, keyfiyyətlisini almaq niyyətindəyik. Onu da nəzərə alın ki, qış bazarı "axşambazarı" kimi olur.

- Hazırda "Qəbələ"dən Stiven Monroz və "Qarabağ"dan Bədavi Hüseynovu almaq istədiyinizə dair xəbərlər var...

- Onların heç birinə müraciət etməmişik. Hər ikisinin öz klubları ilə müqavilələri davam edir. Biz belə məsələlərdə həssasıq.

- Gözaltı etdiniz oyunçular var?

- Daha çox yarımmüdafiəçi axtarırıq. Bəli, var. Bir neçəsi ilə danışıqlar aparmışıq. Ola bilər ki, yaxın günlərdə yeni transferimiz gerçəkləşsin.

- Yeni hücumçunun gəlişi Karikarinin komandadan ayrılmasından asılı olacaq?

- Təbii ki... İlk növbədə, Karikarinin özünə və kluba sərf edən təklif gəlsə, bu, ya satış, ya da icarə olacaq.

- "Qarabağ" Reynaldonu komandaya qaytardı. Deyilənə görə Riçard Almeyda da qayıdacaq. Mövsümün ikinci hissəsində "Neftçi" və "Qarabağ" arasında daha qızğın mübarizə gedəcəyini düşünürsünüz?

- Onsuz da mübarizə qızğındır. Biz ilk növbədə, özümüzü fikirləşir və təbii ki, rəqibləri də izləyirik. Digər komandalar güclənir. Hətta bəziləri yanvarın əvvəlindən qış təlim-məşq toplanışına yollanıb. Bu, onların iddiasından və planından xəbər verir ki, ciddi rəqabət olacaq.

- Reynaldonun özü də açıqlama verib ki, "Neftçi"dən ona təklif olub. Niyə onu komandaya cəlb edə bilmədiniz: "Qarabağ" mənim üçün doğmadır" dedi, yoxsa maliyyə məsələlərində razılaşa bilmədiniz?

- "Qarabağ" onun üçün doğmadır. Yəqin ki, ona görə o klubu seçdi.

- Mövsümün sonunda klubla "Forza Neftçi" azarkeş qruplaşması arasında uçurum oldu. Bəzi söz-söhbətlər var idi. Azarkeşlər də bəyanat yaydı...

- Heç bir uçurum yoxdur. Azarkeşlərimiz əvvəlki kimi klubun damarıdırlar. Daim onları tribunalarda görürük. Onlar əsas komandamıza ən böyük dəstək verənlərdəndir. Onlarla görüşümüz də olub və problemlər arxada qalıb. Hamı bilir ki, "Forza Neftçi" klubdan idarə olunan bir struktur deyil. Bu, bir fanat qrupudur. İnanmaq istəyirik ki, problemlərimiz artıq arxadadır və öz komandalarını dəstəkləməyə davam edəcəklər.

- Bir vaxtlar prezidenti olduğunuz "Sumqayıt" "Neftçi"ni ölkə kubokundan kənarlaşdırdı. Qış çempionu olduqdan sonra arxayınlıq yarandı və "Sumqayıt"a ona görə məğlub oldunuz, yoxsa "Neftçi"də həqiqəqən də problemlər var?

- Bu, ağır məğlubiyyət idi. Amma hər məğlubiyyəti dərindən təhlil etməyə ehtiyac yoxdur. Çünki futbol qalibiyyət və məğlubiyyətlərlə paralel gedir. Biz daha çox qalib gəlirik. "Sumqayıt"dan öncə məğlub olduğumuz matç da olub. Məsələn, avrokubokda. Hardasa yeni il ab-havası, insanların yeni illə bağlı planlarını qurması da təsirini göstərdi. Amma inanmaq istəyirəm ki, bizim komandada peşəkarlar çoxluq təşkil edir. Klubda peşəkarlar işləməlidir. Məğlubiyyəti qəbul edirlər və bu məğlubiyyət səhvlərin təkrarlanmaması üçün onlara işarə idi. Komanda oyuna psixoloji cəhətdən lazımi qədər köklənməmişdi. Bunu futbolçulara da demişəm.

- Başqa klublardan "Neftçi"nin futbolçularına rəsmi təklif olub?

- Bəli, yerli oyunçularımıza yerli klublardan təkliflər olub. Çünki bizdə kifayət qədər güclü yerli oyunçu var. Rəşad Əzizli də "Sumqayıt"a keçdi. Bir neçə ay öncə Rəşad özü bizə müraciət etmişdi ki, belə bir söhbət var. Onun ora getməsi təsadüfi hal deyil.

- Mirabdulla Abbasovun ilin futbolçusu seçiləcəyini gözləyirdiniz?

- Onu təbrik edirəm. Bu il Azərbaycan futbolu üçün çətin oldu. Etiraf edək ki, digərlərindən böyük fərqlə seçilən oyunçu yoxdur. Abbasovun bir il öncəki və indi statusu arasında böyük fərq var. Azərbaycan futbolunda 23 - 25 yaşlı oyunçuya gənc və perspektivli deyilir. Onun 23 yaşı var. Bu yaşda öz sözünü deməyi az da olsa, bacarıb. Jurnalistlərin ona bu münasibətini və dəstəyini sadəcə alqışlayıram. Çünki siz ona dəstək oldunuz, Mirabdullaya stimul verdiniz ki, daha da yaxşı olsun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

25.03.2019

00:17  Uels – Slovakiya - 1:0 VİDEO

24.03.2019

02:08  İsveç - Rumıniya - 2:1 VİDEO

02:06  İspaniya - Norveç - 2:1 VİDEO

01:53  Braziliya - Panama 1:1 VİDEO

01:48  Meksika - Çili 3:1 VİDEO

01:30  "Liverpul" - "Milan" 3:2 VİDEO

23.03.2019

15:25  Millimiz məğlub oldu - YENİLƏNİB

02:10  Argentina - Venesuela 1:3 VİDEO

02:07  Moldova – Fransa - 1:4 VİDEO

00:32  Yaponiya - Ekvador 0:1 VİDEO

22.03.2019

23:44  ABŞ - Ekvador - 1:0 VİDEO

12:58  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:46  Belçika - Rusiya - 2:1 VİDEO

21.03.2019

22:32  Xorvatiya - Azərbaycan - START HEYƏTLƏR

16:08  Almaniya - Serbiya 1:1 VİDEO

20.03.2019

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi