Ruslan Abışov: "Oyunlarımıza kənardan baxmaq mənə çox çətin idi"

11.01.2019 | 1729 dəfə oxunub

"Hazırlıqlara yeni başlamışıq, hər şey qaydasındadır. İstirahətdən yenicə qayıtdığımız üçün məşqlərimiz ağır keçir. Amma yəqin ki, bundan sonra daha rahat olacaq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Ruslan Abışov bu gün keçirilən açıq məşqi zamanı jurnalistlərə açıqlamasında deyib.

Bir müddətdir zədədən əziyyət çəkən müdafiəçi hələ oynamağa tam hazır olmadığını bildirib: "Zədədən sonra tam hazır deyiləm. Yəqin ki, Antalya toplanışında tam gücümlə hazırlaşacam. Özümü tam hazır hiss etsəm, yoxlama oyunlarında iştirak edə bilərəm".

Təcrübəli futbolçu "Neftçi"nin qış fasiləsinə qədərki çıxışını qiymətləndirib: "Komandamız birinci yerdə gedir. Hər şey yaxşıdır. Amma oyunlarımıza kənardan baxmaq mənə çox çətin idi. Mən də bu klubun bir üzvüyəm. Meydanda olmaq istəyirdim. İnanıram ki, formamı bərpa edib əsas heyətə qayıdacam".

R.Abışov ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt"a məğlubiyyət barədə də danışıb: "Açığı, bu nəticəyə sürpriz deməzdim. Ayxan Abbasovun gəlişindən sonra "Sumqayıt"ın oyunlarında müsbət mənada inkişaf var. Bu da bizə çətinlik yaradırdı. "Sumqayıt" tamam başqa cür oynayırdı. İstəyirdim ki, mərhələni adlayan biz olaq. Artıq bir cəbhədə mübarizə aparırıq. Çalışacağıq çempionluq uğrunda "Qarabağ" və digər komandalarla sona qədəq mübarizə aparaq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
"Çox möhtəşəm bir kluba gəlmişəm" - "Qarabağ"ın yeni transferi
Son xəbərlər

21.07.2019

20.07.2019

19.07.2019

18.07.2019

19:47  "Neftçi" - "Sperantsa" - HEYƏTLƏR

18:50  "Universitatya" - "Səbail" - HEYƏTLƏR

17.07.2019

20:24  "Qarabağ" - "Partizani" -HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi