"Qəbələ" - "Keşlə" : 48-ci duel

20.02.2019 | 5599 dəfə oxunub

Bu həftə Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları keçiriləcək. Stadium.Az xəbər verir ki, “Qəbələ” öz meydanında “Keşlə” ilə üz-üzə gələcək.

Qarşılaşma fevralın 23-də keçiriləcək . Qəbələ şəhər stadionundakı matç “qırmızı-qaralar”ın paytaxt təmsilçisi ilə 48-ci oyunu olacaq. İndiyədək komandamız “Keşlə” ilə 47 dəfə görüşüb.

Hesabında 15 qələbə olan “Qəbələ” digər oyunlarda 16 heç-heçə və eyni sayda məğlubiyyətlə üzləşib. Bu duellərdə ümumilikdə 110 qol vurulub. 50 dəfə rəqib qapısına yol tapan futbolçular 60 qol buraxıb. “Keşlə” ilə oyunlarda “Qəbələ”nin ən məhsuldar oyunçusu 5 qola sevinən Daniel Subotiçdir.

47 oyundan 42-si Premyer Liqa, 5-i kubok çərçivəsində keçirilib. Çempionat matçlarında 12 dəfə qalib gələn “Qəbələ” 16 heç-heçə edib və 14 dəfə uduzub. Komanda 43 qol vurduğu bu qarşılaşmalarda 53 top buraxıb.

“Qəbələ” 24-cü dəfə “Keşlə”ni öz meydanında qonaq edəcək. Evdə üstünlüyə malik olan “qırmızı-qaralar” 8 qələbə qazanıb, 10 heç-heçə edib və 5 dəfə uduzub. Rəqib qapısından 27 top keçirən futbolçular 22 qol buraxıb.

Mənbə: "Qəbələ"nin saytı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail