Alleqri: "Belə nəticəyə nail olmaq üçün bütün futbolçular yaxşı oynamalıdırlar"

13.03.2019 | 5665 dəfə oxunub

"Futbolçular gözəl oyun nümayiş etdirdilər. Onlar  hücumda necə dəqiq oynadıqlarını göstərdilər. Biz bunu ilk matçda da düşünmüşdük, ancaq alınmamışdı. Oyunçular düzgün xarakter nümayiş etdirdilər və balansı itirmədən hücum etməyə davam etdilər".

Stadium.Az xəbər verir ki, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/8 finalıda "Atletiko"ya 3:0 hesabı ilə qalib gələrək  növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra deyib:

"Spinassola sol cinahda əla oynadı. Bernardeski və digər  futbolçular da yaxşı oyun nümayiş etdirdilər. Belə nəticəyə nail olmaq üçün bütün futbolçular yaxşı oynamalıdırlar.

Uzun müddətdir bu matçın başlamağını istəyirdilər. Oyunun gərgin keçmək ehtimalı var idi. Buna görə futbolçulara sakit olmalarını dedim.  Əks təqdirdə, bizim üçün çətin ola bilərdi.

Mən PSJ-nin oyununa baxdım və onların mübarizəni dayandırmağına məyus oldum. Ümid edirəm ki, biz finala yüksələcəyik və  Buffonu da özümüzlə Madridə aparacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail