Prezident də Ansi Aqollidən danışdı

19.03.2019 | 5411 dəfə oxunub

Albaniya prezidenti İlir Meta da Ansi Aqollinin 9 il formasını geyindiyi "Qarabağ" klubundan ayrılmasına biganə qalmayıb.

Stadium.Az xəbər verir ki, bir müddət öncə Bakıda 36 yaşlı futbolçu ilə görüşən ölkə başçısı Ansinin Premyer Liqanın 21-ci turunun "Səbail"lə oyunundan sonra komanda yoldaşları və azarkeşlərlə vidalaşdığı anları əks etdirən videonu şəxsi "Feysbuk" səhifəsində paylaşaraq, bu sözləri yazıb:

"Bir neçə gün öncə Bakıda məşhur futbolçumuz Ansi Aqolli ilə görüşməkdən məmnun oldum. Əvvəlki vaxtlarla müqayisədə o, 9 il çıxış etdiyi Azərbaycanın ən yaxşı komandası - "Qarabağ"dakı son günlərinə görə həyəcanlı idi. Tək mən deyil, Bakıda Albaniyanı təmsil etmiş istənilən şəxs, əminəm ki, Ansi haqda ən yaxşı sözləri eşidib. O, bizim Azərbaycandakı ən yaxşı səfirimiz idi. Aqolliyə gələcək karyerasında uğurlar arzu edərək, onun çempion komanda və azarkeşlərlə vida anlarını bölüşməkdən məmnunam".

Qeyd edək ki, "Qarabağ"ı ABŞ-ın "Nyu-York Kosmos" klubuna dəyişən Aqolli bu gün yeni komandasında ilk məşqinə çıxıb. Təcrübəli müdafiəçi karyerasını başa vurduqdan sonra klubun uşaq futbol akedemiyasında işləyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail