Nikola Yurçeviç: "Məğlubiyyətə layiq deyildik" - MÜSAHİBƏ

22.03.2019 | 1037 dəfə oxunub

Millimizin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Xorvatiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Xorvatiyanı qələbə münasibətilə təbrik edirəm. Əslində biz uduzmalı deyildik. Daha çoxuna layiq ola bilərdik. Heyf ki, bunu bacarmadıq və buradan xalsız qayıdırıq. Bununla belə, vuruşduq, çalışdıq. Dünyanın ən güclü komandalarından birinə qarşı oynadıq. Rəqib qrupun mütləq olaraq ən güclü komandasıdır. Bu görüş bizim gələcəyimiz, motivasiyamız üçün vacibdir. İyunda iki ev oyunumuz var və biz çoxlu xal toplaya bilərik.

- Oyun ərzində hakimə tez-tez etiraz edirdiniz. Bu, nə ilə əlaqədar idi?

- Mən yalnız subyektiv fikrimi bildirirdim. Epizodlardan uzaq idim. Fikrimcə, verilən qərarların bəziləri doğru deyildi. Rəqib qələbəyə daha layiq idi. Qələbəyə hakim qərarları ilə kölgə salmaq istəmirəm.

- Xorvatiya yığması sürəti artırdıqda, Azərbaycan yığması çatdırmırdı. Gələcək oyunlarda nə lazımdır ki, belə rəqiblərlə qarşılaşmalarda xal qazanmaq mümkün olsun?

- Bu oyuna ciddi hazırlaşmışdıq və hər şey oyunçulara çatdırmışdıq. Bəxtimiz gətirsəydi, xal qazana bilərdik. Top-komanda ilə oyunda belə alınması gözlənilməzdir. Çünki əvvəldən bunu demək olmazdı. Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm. Xorvatiya FİFA reytinqində 4-cü yerdədir, dünya vitse-çempionudur. Bəlkə də hissənin axırlarında qol buraxmasaydıq, xal qazana bilərdik.

- Oyunçularınız performansından razı qaldınız?

- Hansınısa qabartmaq və ya narazılıq etmək istəmirəm. Ola bilsin, hansısa fərqləndi, amma ümumilikdə komandanın performansından narazı deyiləm.

- Xorvatiya millisinin oyunu barədə nə düşünürsünüz?

- Həmişə ürəyim Xorvatiya ilə döyünüb. Amma bu gün istəyim xal əldə etmək idi. Təəssüf ki, alınmadı.

- Bu rəqibdən Bakıda xal götürmək mümkün olacaqmı?

- Qarşıdakı müddətdə komanda ilə işləmək üçün çox vaxt olacaq. Ümid edirəm ki, Slovakiya və Macarıstanla oyunlarda daha yaxşı performans göstərəcəyik. Bu görüşlər bizim üçün həlledici olacaq. Optimistəm və inanıram ki, qələbə qazana biləcəyik.

- Oyunçularınızdan razı qaldığınızı dediniz. Bəs özləri nə hiss edirlər?

- Onlar da mənim kimidirlər. Bir tərəfdən başa düşürlər ki, güclü komandaya qarşı oynadılar. Digər tərəfdən, qələbəni əldən verdikləri üçün üzgündürlər. Dostlar yazırlar ki, təbrik edirik, layiqli çıxış etdiniz. Azərbaycan xalqına bayram hədiyyəsi bəxş etmək istəyirdik. Təəssüf ki, alınmadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

25.06.2019

13:02  "Qarabağ" Rumıniya klubuna qarşı - YENİLƏNİR

24.06.2019

17:21  Qətər - Argentina - 0:2 VİDEO

23.06.2019

15:18  "Arxayınlaşmaq olmaz" - "Neftçi"nin yeni transferi

22.06.2019

21.06.2019

20.06.2019

18.06.2019

17.06.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi