Səlahət Ağayev: "Nəyi bacarırdıqsa, meydana qoyduq"

22.03.2019 | 620 dəfə oxunub

"Güclü komandaya qarşı oynadıq. Rəqib dünya çempionatında ikinci olub. Oyun 1:1 hesabı ilə bitsəydi, bizim üçün daha yaxşı nəticə olardı. Yaxşı oynadıq. Nəyi bacarırdıqsa, meydana qoyduq".

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayev Avro-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə məğlub olduqları matç barədə danışarkən deyib.

28 yaşlı qolkiper birinci hissədə buraxdığı qolun çətin epizod olduğunu vurğulayıb: "Topu çıxarmağı bacarmadım. Rəqibin ustalığı öz sözünü dedi. Bir xal qazansaydıq, daha yaxşı olardı. Komandada özünəinam yarandı ki, biz futbol oynaya bilirik. Bu gün Xorvatiyaya qarşı belə oynadıqsa, gələcəkdə şanslarımız da olacaq".

Səlahət Ağayev rəqibin ulduz futbolçusu Luka Modriç haqqında da söz açıb: "Onun şərhə ehtiyacı yoxdur. Modriç dünya səviyyəli oyunçudur. Dünyanın ən yaxşı futbolçusu seçilib. Onu boş yerə ən yaxşı oyunçu seçməyiblər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

25.06.2019

13:02  "Qarabağ" Rumıniya klubuna qarşı - YENİLƏNİR

24.06.2019

17:21  Qətər - Argentina - 0:2 VİDEO

23.06.2019

15:18  "Arxayınlaşmaq olmaz" - "Neftçi"nin yeni transferi

22.06.2019

21.06.2019

20.06.2019

18.06.2019

17.06.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi