"Tottenhem"dən rekord qazanc

06.04.2019 | 385 dəfə oxunub

İngiltərənin "Tottenhem" klubu 2017-2018 mövsümündə 113 milyon funt sterlinq qazanmaqla rekord mənfəət əldə edib.

Stadium.Az BBC-yə istinadən xəbər verir ki, London təmsilçisinin il ərzində gəliri isə 310-dan 380 milyon funt sterlinqə yüksəlib. Klubun gəlirləri futbolçuların satışı və komandanın Çempionlar Liqasında uğurlu çıxışı sayəsində artıb.

İngiltərə Premyer Liqası matçlarının bilet satışından əldə olunan gəlir isə iki dəfədən çox artıb (19 milyondan 42,6 milyon sterlinqə).

"Tottenhem" futbolçuların maaşları üçün 147 milyon funt sterlinq xərcləyib. Bu isə Londonun digər təmsilçisi "Arsenal"dan 100 milyon azdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər
   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi