Ozobiç: "Müqaviləm davam edir, özümü burda yaxşı hiss edirəm"

12.05.2019 | 145 dəfə oxunub

“Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan Premyer Liqasında mövsümün sonuncu - 28-ci turunda  “Neftçi”yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- İlk çempionluğunuzu qazandınız, təəssüratlarınız necədir?

- Şadam ki, çempion olduq. Maraqlı mövsüm keçirdik, hər şey əla idi.

- Xüsusilə də mövsümün ikinci yarısında “Qarabağ” çox yaxşı çıxış etdi və 8 oyunda ardıcıl qələbə qazandı.Bunun əsas səbəbi nə idi?

- Yaxşı hazırlaşdıq, yaxşı oynadıq. Öz çıxışlarımız haqqında düşünürdük və rəqibin oyunu ilə maraqlanmırdıq. Yekunda istəyimizə çatdıq.

- “Qarabağ”la daha bir il müqaviləniz var. Sizi yeni mövsümdə də burda görəcəyik?

- Müqaviləm davam edir, özümü burda yaxşı hiss edirəm. Məqsədim yaxşı istirahət edib, sonra da yeni mövsümə hazırlaşmaqdır.

- Çempionlar Liqasından nə gözləyirsiniz?

- Onu gələcək göstərəcək. Bütün komanda olaraq dincəlib, ardınca təlim-məşq toplanışında gələcək oyunlara hazırlaşacağıq.

- Nə vaxt hiss etdiniz ki, “Qarabağ” çempion olacaq?

- “Neftçi” – “Sumqayıt” oyunundan sonra artıq hər şey bizim xeyrimizə inkişaf etməyə başladı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.05.2019

18.05.2019

17.05.2019

16.05.2019

18:36  "Qarabağ" Avstriyaya gedir - Hazırlıq planı açıqlandı

15.05.2019

13.05.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi