"Arsenal" Bakıdakı finalla bağlı etiraz bəyanatı yayıb

16.05.2019 | 1474 dəfə oxunub

UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyunu üçün "Arsenal" azarkeşlərinə cəmi 6 min bilet ayırmasına ingilis klubu növbəti dəfə etiraz edib.

Stadium.Az xəbər verir ki, London təmsilçisi sözügedən məsələ ilə bağlı bu gün bəyanat yayıb. Bəyanatda deyilir ki, "Arsenal"da hər kəs komandanın Avropa Liqasında finala çıxmasından məmnundur.

“Hamımız səbirsizliklə "Çelsi" ilə mayın 29-da keçiriləcək oyunu gözləyirik. Buna baxmayaraq, UEFA-nın nəqliyyat məhdudiyyətinə görə, 60 mindən çox (70 minə yaxın – red.) azarkeş tutumuna məxsus stadionda "Arsenal"a cəmi 6 min bilet ayırmasından məyus olmuşuq. Səfər problemlərini nəzərə alsaq, həmin azarkeşlərin oyuna gedə bilib-bilməyəcəyini zaman göstərəcək. Bizim 45 min abunəçimiz var. UEFA-nın final oyunu üçün nəqliyyat məhdudiyyəti olan yer seçməsi sadəcə, düzgün deyil. Reallıq budur ki, finala çıxan klublar azarkeşlərinin tələblərini qarşılaya bilməyəcəklər. Məsələ ilə bağlı fanatlarımızdan xeyli şikayət almışıq və onların narahatlıqlarını bölüşürük. Azarkeşlərimizin adından gələcəkdə finala görə seçiləcək yer üçün meyarları, həmçinin bunun bir hissəsi kimi, tərəfdarların tələblərinin necə nəzərə alınacağını öyrənmək istəyirik”.

Bəyanatda daha sonra qeyd olunub: “Biz UEFA-nı azarkeşlərin final məkanı ilə bağlı tələblərini yerinə yetirməyə çağırırıq. Çünki bu mövsüm baş verən hadisələr qəbuledilməzdir və təkrar oluna bilməz. Bunun üçün gələcəkdə qurumla istənilən müzakirəyə qoşulmaqdan məmnun olarıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

10.07.2020

09.07.2020

08.07.2020

12:44  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:54  "Lecce" - "Latsio" - 2:1 VİDEO

07.07.2020

13:11  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

06.07.2020

13:29  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:16  "Napoli" - "Roma" - 2:1 VİDEO

05.07.2020

22:48  "Atletik" - "Real" - 0:1 VİDEO

12:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:10  "Latsio" - "Milan" - 0:3 VİDEO

04.07.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə