"Bakıdakı oyun çətin keçəcək"

17.05.2019 | 542 dəfə oxunub

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Macarıstan millisinin baş məşqçisi Marko Rossi açıqlama verib.

Stadium.az xəbər verir ki, 54 yaşlı mütəxəssis millimizlə oyunda qalib gəlmək istədiklərini deyib: "Növbəti iki oyunda altı xal qazanmaq istəyirik. Lakin müasir futbolda hər şey mümkündür. Xorvatiyaya üslib gəldiyimiz oyundan sonra mətbuat konfransında Azərbaycan millisini məğlub etməyin borcumuz olduğunu dedim. Azərbaycanı aşağılamırıq, qalib gəlməyə çalışacağıq. Bakıdakı oyun çətin keçəcək. Hava şəraiti və digər amillər işimizi çətinləşdirəcək". İtaliyalı mütəxəssis Azərbaycan millisi ilə bağlı xeyli informasiya topladığını bildirib: "Rəqibimizin Litva və Xorvatiya ilə oyunlarını izləmişəm. Futbolçularının hamısını tanıyıram. Azərbaycan millisinin heyətində Ramil Şeydayevlə İspaniya Sequndasında çıxış edən yarımmüdafiəçi Eddini qeyd etmək istərdim. 4-3-3 və 4-1-4-1 sistemiylə oynayırlar və bəzən dəyişiklik edirlər. Müdafiədə isə etibarlı oynayırlar".

Azərbaycan - Macarıstan oyunu iyunun 8-də baş tutacaq. Macarlar bu matçdan 3 gün sonra Budapeştə Uelsi qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.09.2019

02:56  "Qarabağ" "Sevilya"nı qəbul edir - YENİLƏNİR

00:54  PSJ - "Real" - 3:0 VİDEO

18.09.2019

12:29  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:28  "Zalsburq" - "Genk" - 6:2 VİDEO

01:08  "Ayaks" - "Lill" - 3:0 VİDEO

00:09  "Lion" - "Zenit" - 1:1 VİDEO

17.09.2019

20:04  Messi qayıdır - Həkimlər razılıq verdi

20:01  Son 2 min bilet - "Qarabağ" - "Sevilya" görüşü

19:59  "Qarabağ"da ciddi itki - "Sevilya"ya qarşı oynamayacaq

15:31  "Qurban Qurbanov stadionda yatıb-dururdu" - Keçmiş "Qarabağ"lı futbolçu

12:17  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.09.2019

11:47  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

15.09.2019

23:05  Roberto Bordin: "Buna məcbur idim" - MÜSAHİBƏ

22:35  "Roma" - "Sassuolo" - 4:2 VİDEO

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi