"Qəbələ" keçmiş futbolçusunu geri qaytardı

16.06.2019 | 5587 dəfə oxunub

“Qəbələ” 2019/20 mövsümünün transfer çalışmalarına start verib. Stadium.Az xəbər verir ki, yay fasiləsində ilk transferini həyata keçirən “qırmızı-qaralar” Kamal Mirzəyevi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

2012/13 mövsümündə də “Qəbələ”nin şərəfini qoruyan Mirzəyevin Premyer Liqada debütü də “qırmızı-qara” formada gerçəkləşib. O, mövsümün ikinci yarısında 5 çempionat oyununda meydana çıxıb. Sonrakı illərdə AZAL (44 oyun, 1 qol), “Sumqayıt”da (18 oyun) oynamış yarımmüdafiəçi ötən mövsümdə “Zirə”nin formasını geyinib. O, 13 qarşılaşmada meydana çıxıb. Ümumilikdə Premyer Liqada 80 matç keçirən yarımmüdafiəçinin aktivində 1 qol var.

Kamal Azərbaycanın U-19, U-21 və U-23 yığmalarının şərəfini qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail