Qurban Qurbanov: "Biz burada qələbə istəyirik"

10.07.2019 | 5188 dəfə oxunub

"Bizi çətin oyun gözləyir. Ötən il də Albaniyada oynamışıq, bilirik ki, azarkeşləri sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidir. Onu da bilirik ki, rəqibə yeni baş məşqçi gəlib, yeni sistem var, bizə məlum olmayan sürprizlər gözləyirik və buna hazır olmalıyıq".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Albaniyada "Partizani" ilə keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, bu mərhələdə uduzmağı komandası üçün faciə saymaq düzgün deyil: "Dünya futbolunda hər şey ola bilər. Önəmlisi səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Biz burada qələbə istəyirik, amma hər zaman sərfəli nəticə qazanmaq daha vacibdir. Bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar".

Oyun günü gözlənilən isti hava şəraitini düşünmədiklərini vurğulayan baş məşqçi hər cür hava şəraitinə hazır olmalarının vacibliyini dilə gətirib. Onun sözlərinə görə, əsas iş tam konsantrasiya olmaq və oyun intizamını saxlamaqdır.

Baş məşqçi "Qarabağ"dan ayrılan Ansi Aqollinin təkcə komandadan yox, ailədən getdiyini də vurğulayıb: "Bir baş məşqçi kimi arzulamışam ki, komandamda Aqolli kimi yaxşı insan və futbolçular çox olsun".

İyulun 10-da Tiranada keçiriləcək matç Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail