Özül müsəlman dünyasına səsləndi

14.12.2019 | 5750 dəfə oxunub

"Arsenal"ın futbolçusu Məsut Özil Şərqi Türküstandakı insanlara edilən haqsızlıqlara münasibət bildirib. 

Stadium.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "İnstaqram" səhifəsində paylaşım edərək, müsəlman dünyasının bunlara səssiz qaldığını bildirib: "Əziyyətlərə dözən, məcburən İslamdan uzaqlaşdırmağa çalışanlara qarşı tək mübarizə aparan şanlı möminlər! Quranlar yandırılır, məscidlər bağlanır, mədrəsələrə qadağa qoyulur, din alimləri bir-bir öldürülür. Kişilər məcbur düşərgələrə göndərilir. Onların əvəzinə çinli kişilər ailələrinə yerləşdirilir. Qadınlar zorla çinli kişilərlə evləndirilir. Bütün bunlara rəğmən həzrəti Məhəmmədin yolçuları susur. Müsəlmanlar sahiblənmir. Bilmirlər ki, zülmə razılığın qarşılığı zülmdür? Həzrəti Əli nə gözəl deyib: "Zülmün qarşısını ala bilmirsinizsə, onu hər kəsə çatdırın!". Qərb mediası və dövlətlərində bu hadisələr aylardır ki, gündəmdədir. Bəs, müsəlman ölkələri və mediaları haradadır? Bilmirlər ki, zülmün olduğu yerdə tərəfsizlik namussusluqdur? Bilmirlər ki, illər sonra oradakı qardaş və bacılarımız bu çətin günlər haqda xatırlayacaqları zalımların işgəncələri yox, biz müsəlmanların səssizliyi olacaq. Ya Rəbbim, Şərqi Türküstandakı qardaş və bacılarımıza kömək ol".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail