Frenk Lempard: "Ona görə də bu nəticəyə təəssüflənirik"

24.01.2020 | 1587 dəfə oxunub

Premyer Liqanın 24-cü turu çərçivəsində "Arsenal"la 2:2 hesablı bərabərliyə razılaşan "Çelsi"nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Stadium.Az xəbər verir ki, ingiltərəli mütəxəssis oyundan və nəticədən məyus olduğunu bildirib:

“Bu oyunda qələbə qazanmaq istəyirdik, ona görə də bu nəticəyə təəssüflənirik. Futbolçular işlərini yaxşı görmədilər. Onlar fərdi tapşırıqların öhdəsindən gələ bilmirlərsə, bu nəticə gözlənilən olur.

Oyunda 3-4 qol vura bilərdik, qol epizodlarımız oldu, onlardan istifadə etməli idik. Komandamızda aqressiya çatışmır. Məyusam, kobud səhvlər xal itirməyimizə səbəb olur”.

Premyer Liqada keçirdiyi 24 turdan sonra 40 xal toplayan "Çelsi" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

04.08.2020

03.08.2020

02.08.2020

01.08.2020

31.07.2020

30.07.2020

16:09  "Torino" - "Roma" - 2:3 VİDEO

29.07.2020

11:25  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

09:18  "İnter" - "Napoli" - 2:0 VİDEO

27.07.2020

11:06  "Verona" - "Latsio" - 1:5 VİDEO

26.07.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə