Rafael Ağayevdən qızıl medal

16.02.2020 | 873 dəfə oxunub

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti titulunu qazanıb. Stadium.Az xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan Karate1 Premyer Liqa turnirinin qalibi olub.

75 kq çəki dərəcəsində çıxış edən idmançımız bu gün keçirilən final qarşılaşmasında italiyalı Luici Busa ilə üz-üzə gəlib. 3:2 hesablı qələbə qazanan Rafael qızıl medala yiyələnərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər təmsilçimiz Rafiz Həsənov 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayıb. 67 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Burak Uyğura (Türkiyə) 0:2 hesabı ilə uduzaraq bürünc medalın bir addımlığında dayanıb.

Yarışda 85 ölkədən 571 karateçi iştirak edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ