Azərbaycanlı futbolçu Estoniya klubunda

22.02.2020 | 572 dəfə oxunub

Azərbaycanlı futbolçu Nurlan Novruzovun yeni klubu müəyyənləşib. Stadium.Az xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını Estoniyada davam etdirəcək.

O, bu ölkənin “Trans Narva” klubu ilə müqavilə bağlayıb. Bu barədə Narva təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Nurlan yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Futbolçumuz bu komandada 7 nömrəli formanı geyinəcək. “Bakı”nın yetirməsi olan Nurlan karyerası ərzində “Sumqayıt”, “Zirə”, “Səbail” kimi komandalarda çıxış edib. Türkiyənin “Dersim 62 Spor”, “Şanlıurfa” klublarında da legioner həyatı yaşayan Novruzov, son olaraq Moldovanın “Dinamo Avto” komandasının uğurları üçün çalışıb. O, 2014-2015-ci il mövsümündə “Bakı”nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.03.2020

28.03.2020

27.03.2020

26.03.2020

25.03.2020

24.03.2020

23.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ