Azərbaycan Premyer Liqası ən intizamsız çempionatlar sırasında

25.02.2020 | 731 dəfə oxunub

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) dünyanın müxtəlif futbol çempionatlarında göstərilmiş vərəqələrlə bağlı araşdırma aparıb.

Araşdırmalar 92 ölkənin yüksək liqasında 2019-cu ili və 2019/2020 mövsümünün 17 fevralınadək olan bölümünü əhatə edib. Bu, həmin ölkələrdə mövsümün hansı müddəti əhatə etməsindən asılı olub.

Azərbaycan Premyer Liqası vərəqələrin çoxluğuna görə 12-ci sırada qərarlaşıb. Ölkə çempionatında ortalama hər oyuna 5.79 vərəqə düşüb. Vərəqələrdən 5,47-si sarı, 0,32-si isə qırmızıdır.

Bu göstəricidə Azərbaycan Avropada Ukrayna və İtaliyadan sonra üçüncüdür.

Siyahının ilk pilləsində 7.01 (6.53 sarı, 0.48 qırmızı) göstərici ilə Boliviya yer alıb. Uruqvay çempionatı 6.61-lə (6.07 sarı, 0.54 qırmızı) ikinci, Quatemala isə 6.44-lə (6.07 sarı, 0,37 qırmızı) üçüncü sıradadır.

Ukrayna Premyer Liqasında hər oyuna 6.19 vərəqə düşüb. Bunlardan 5.57 sarı, 0.43 qırmızıdır. İtaliya A Seriyasında isə bu rəqəm 5.82-ə (5.51 sarı, 0.37 qırmızı) bərabərdir 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.03.2020

29.03.2020

28.03.2020

27.03.2020

26.03.2020

25.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ