Dünyada futbol dayandı, Belarusda başladı

20.03.2020 | 847 dəfə oxunub

Koronavirusa görə dünyanın əksər ölkələrində futbol çempionatları dayandırılsa da, bu gün Belarusda yeni mövsümün startı verilib.

Stadium.Az xəbər verir ki, “yaz-payız” sistemi üzrə keçirilən yarışda birinci turun matçları bu gün oynanılıb. Mövsümün ilk oyununda “Energetik BGU” ilə BATE üz-üzə gəlib. Meydan sahibləri 3:1 hesabıyla qalib gəlib.

Yeni mövsümün, günün və turun ikinci oyununda isə Soliqorsk "Şaxtyor"u doğma meydanda "Zodino"nu qəbul edib və 1:0 hesabıyla məğlub olub.

Martın 17-də UEFA-nın milli federasiyalarla keçirdiyi videokonfrans zamanı yerli liqaların dayandırılması tövsyə olunub. Lakin Belarus Futbol Federasiyasından bildirilib ki, indiki durumda liqanın startını təxirə salmağa ehtiyac yoxdur. Qurumun mətbuat katibi Aleksandr Aleynik deyib: “Belarusda 36 nəfər koronavirusa yoluxub. Biz müvafiq qurumlardan informasiya alırıq. Hələlik çempionatı azarkeşlərin iştirakı olmadan keçirmək qərarı vermişik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

13.08.2020

01:04  "Atalanta" - PSJ - 1:2 VİDEO

12.08.2020

11.08.2020

13:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:51  "İnter" - "Bayer" - 2:1 VİDEO

10.08.2020

13:32  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

09.08.2020

12:09  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

08.08.2020

07.08.2020

12:51  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:32  "Sevilya" - "Roma" - 2:0 VİDEO

06.08.2020

13:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə