"Messini oyundan çıxarın, yoxsa onu öldürərik" deyirdilər"

15.05.2020 | 263 dəfə oxunub

"Barselona"nın hücumçusu Lionel Messinin əmisi oğlu Maksi Byankukki argentinalı hücumçu haqda danışıb. Stadium.Az xəbər verir ki, o, "Ole"yə açıqlamasında əvvəlcə 32 yaşlı oyunçu ilə olan uşaqlıq xatirəsini bölüşüb:

"Məhəllədə bizimlə oynadığı zaman hamımız ondan boyca çox uzun idik. Bizə "bu dəlilikdir, Messini oyundan çıxarın, yoxsa onu öldürərik" deyirdilər. Onu döymək istəyirdilər, o da buna dözürdü.

8-9 yaşım olanda şənbə günləri Leonun oyununu izləmək üçün erkən qalxardım. Çox təsir edici hərəkətlər edərdi, buna inana bilməzdim".

Byankukki Messinin Argentina çempionatında oynamaq variantı haqda da danışıb: "Leo Argentinanı çox sevir, insanlar bunu başa düşmürlər.

Əgər burada o qədər də təhlükəli olmasaydı, burada oynayardı, buna şübhəm yoxdur. Ən böyük arzum Leonu Newells-də görməkdir, ancaq bunun reallaşacağını düşünmürəm. Çünki bu şəhər cəhənnəmdir". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ