Visente Qomes: "Əsas istəyim yaxşı oyundur"

14.09.2020 | 328 dəfə oxunub

"İki fərqli hissə oldu. Birinci yarıda biz daha yaxşı oynadıq. Fasilədən sonra matça pis başladıq. Qırmızı vərəqədən sonra geri çəkilməyə məcbur olduq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 2-ci turunun "Qəbələ" ilə ev oyunundan (3:0) sonra keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, bu tip oyunlar çox olacaq: "Narahatlıq yoxdur. Gələcək oyunlarda da meydanda azlıqda qaldıqdan sonra eyni taktikanı seçə bilərik".

İspaniyalı baş məşqçi hücumçular Ramil Şeydayevlə Xulio Sezar Rodrigesin oyunundan razı qaldığını söyləyib.

V.Qomes Azərbaycan çempionatı barədə də fikirlərini bölüşüb: "Dünənki matçlar sübut etdi ki, çempionat asan deyil. Qarşıda hamını ağır oyunlar gözləyir. Mən hesaba baxmıram. Əsas istəyim yaxşı oyundur. Bu gün komandam yaxşı təsir bağışladı. Biz aqressiv oyuna üstünlük veririk. Amma bəzən rəqiblər buna imkan vermir.

Liqa çox uzundur. Çatışmazlıqlar olacaq. İndi gördüyümüz komandalar 1 aydan sonra fərqli çıxış edə bilərlər. Biz öz oyun tərzimizi yaratmaq istəyirik. Bundan sonra avrokuboklar uğrunda mübarizə aparacağıq".

Baş məşqçi Şeydayevin "Sabah"da istəksiz oynaması fikri ilə razılaşmayıb: "Bu suala cavab verə bilmərəm, çünki razı deyil. Yanaşma fərqlidir".

Qomes icarə əsasında "Qəbələ"də çıxış edən "Sabah"ın müdafiəçisi İdris İnqilablının oyununu bəyəndiyini vurğulayıb: "Onu təbrik etdim. Dedim ki, belə də davam et, gözümüz üstündədir".

Mütəxəssis qırmızı vərəqədən sonra aqressiv olmasının səbəbini də açıqlayıb: "Belə lazım idi. Düşünürəm ki, bu yolla komandaya kömək etmiş oldum".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

20.09.2020

22:05  "Qarabağ" və "Zirə" uduzdu - YENİLƏNİB

19:25  "Qarabağ" - "Neftçi" - HEYƏTLƏR

11:40  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

19.09.2020

11:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

18.09.2020

12:03  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

17.09.2020

19:17  "Neftçi" - "Qalatasaray" - HEYƏTLƏR

11:51  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.09.2020

15.09.2020

14:44  "Qarabağ" Kiprə getdi - FOTO

11:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.09.2020

03:31  PSJ – "Marsel" - 0:1 VİDEO

13.09.2020

12.09.2020

20:52  “Səbail” “Zirə”yə uduzdu - YENİLƏNİB

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə