Füzuli Məmmədov: "Nə qədər çalışsaq da, komandanı oyuna istədiyimiz kimi kökləyə bilmədik"

27.09.2020 | 611 dəfə oxunub

“Nə qədər çalışsaq da, komandanı oyuna istədiyimiz kimi kökləyə bilmədik. Rəqib bizdən daha istəkli idi. Bu, meydanda da görünürdü. Çox top itkilərimiz olurdu. Yaxşı hazırlaşa bilməmişdik. Qalib gəlmək istəsək də, alınmadı”.

Stadium.Az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının IV turunda evdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, komandası son dəqiqələrdə qol vurub məğlubiyyətdən qaçmaq istəyirdi: “Uduzmaq istəmirdik. Hətta qalib gəlmək üçün meydana çıxmışdıq. Amma vaxt çatmadı. Yenə deyirəm, komandam yaxşı oynamadı”.

O, müdafiəçi Anton Krivotsyukun çıxışına da toxunub: “Anton pis oyunçu deyil. Düzdür, çox səhvlər etdi. Amma yaxşı futbolçudur. Gərək, özü də məsuliyyətli olsun. Çünki uşaq deyil. Zəif oynayacaq, ehtiyatda qalacaq”.

Baş məşqçi Prins İbaranın əvəzlənməsinin səbəbini açıqlayıb: “İbara yorulmuşdu. Hələ tam formasını yığmayıb. İki hücumçu ilə oynaya bilərdik. Amma belədə məğlub da ola bilərdik. Futbolçular oyuna daha yaxşı hazılaşmalıdırlar”.

Məmmədov bərabərlik qolunun müəllifi olan Samir Buqrinin qarşıdakı matçlarda meydana start heyətində çıxa biləcəyini istisna etməyib: “Məşqlərinə baxacağıq. Son matçlarda zəif oynamışdı. Belə davam etsə, start heyətində meydana çıxa bilər”.

Məmmədov bildirib ki, top saxlamaq üçün keyfiyyət və praktika lazımdır: “Düşünürəm ki, oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Məşqlərdə topla oynamağa üstünlük veririk. Amma oyun fərqlidir. İstədiyimiz alınmadı. “Şkupi” ilə matçda başqa səhvlər var idi. Bu gün meydanda komandamın topu qazanandan sonra açılmasını görə bilmədim”.

Mütəxəssisin sözlərinə görə, futbolçularda psixoloji hazırlığı yüksəltmək üçün çox çalışırlar: “Onlar uşaq deyillər. Özlərini oyuna hazırlamalıdırlar. İstək olmayanda, bədən də oyuna hazır olmur”.

Məmmədov belə zamanlarda futbolçuların yanında olmağın vacibliyini vurğulayıb: “Bu gün qələbə qazanmaqla turnir cədvəlində lider ola bilərdik. Bunu futbolçulara da demişdik. Sadəcə, tam köklənə bilmədilər. Oyunlar mübarizə şəraitində keçir. Kim daha yaxşı mübarizə aparsa, o da qələbə qazana biləcək. Cəza versək, bu, oyunçuların ziytanına ola bilər. Oyunları analiz edirik, səhvlərini göstəririk, amma meydanda səhvlər edirik”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.10.2020

28.10.2020

12:37  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.10.2020

11:56  "Milan" - "Roma" - 3:3 VİDEO

26.10.2020

25.10.2020

15:14  “Zirə” - “Qarabağ” - HEYƏTLƏR

13:19  “Sabah” – “Sumqayıt” - HEYƏTLƏR

11:18  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:27  "Cenoa" - "İnter" - 0:2 VİDEO

00:22  "Venlo" - "Ayaks" - 0:13 VİDEO

24.10.2020

23.10.2020

11:45  "Tottenhem" - LASK - 3:0 VİDEO

11:40  "Seltik" - "Milan" - 1:3 VİDEO

11:38  "Lester" - "Zarya" - 3:0 VİDEO

11:36  "Lex" - "Benfika" - 2:4 VİDEO

11:33  "Bayer" - "Nitsa" - 6:2 VİDEO

11:28  "Rapid" - "Arsenal" - 1:2 VİDEO

   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail