Qara Qarayev: "Artıq paytaxtın mənə yad olduğunu hiss edirəm"

29.09.2020 | 1438 dəfə oxunub

“Ağır oyuna hazırlaşırıq. Klubumuzun vəzifəsi Qarabağ adını həmişə ucalara daşımaq olub. Bu gün biz də öz cəbhədə mübarizə aparacağıq. Səfər oyununda isə çalışacağıq ki, istədiyimiz nəticəni əldə edək”.

Bu fikirləri “Qarabağ”ın futbolçusu Qara Qarayev Polşada “Legiya”ya qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin oyunundan öncə jurnalistlərə açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi matça çox yaxşı hazırlaşdıqlarını bildirib. Qarayev kollektivdə motivasiyanın da yüksək olduğunu vurğulayıb: “Qələbə qazanmaq niyyətindəyik. Bəlkə də qələbəyə ən çox ehtiyac duyduğumuz andır. Bu, indiki durumda bizə çox lazımdır. Rəqib barədə yetərincə məlumatımız var. Yalnız oyun gününü gözləyirik. Allahın izni ilə qələbə qazanmaq və hər kəsə sevinc bəxş etmək istəyirik”.

Təcrübəli oyunçu cəbhə bölgəsində döyüşən əsgərlərimizə yardımçı olmaq istədiklərini bildirib: “Nəinki meydanda, meydandan kənardakı addımlarımız da ordumuz və əsgərlərimiz üçündür. Hər işimizdə dövlətimizə, ordumuza faydalı olmaq istəyirik. Düşünürəm ki, bütün futbolçular bu ruhda və əzmdədir. “Legiya” ilə matçda kimin qol vurmasından asılı olmayaraq, bütün niyyətimiz əsgərlərimizin, dövlətimizin və azarkeşlərimizin qəlbini oxşamaqdır”.

Qarayev doğulduğu Kənd Horadizin işğaldan azad olunmasından da danışıb: “Mən bir çox müsahibəmdə kəndimlə bağlı danışmışam. Hətta bir dəfə Albaniyadan gələn jurnalistə demişdim ki, sən məni başa düşə bilmərsən. Mənə sual verdi ki, niyə? Dedim ki, doğulduğum yerə gedə, həmin yerləri ziyarət edə bilmirəm.

Mən 28 ildir ki, səfərdə idim. Bakının mənə bu qədər yad olmasını heç vaxt hiss etməmişdim. Artıq paytaxtın mənə yad olduğunu hiss edirəm. Biz şəxsi istəklərimiz üçün bu dövlətdə yaşamırıq. Mənim kəndimin işğaldan azad olunması o demək deyil ki, digər topraqlarla bağlı münasibətimiz sakit olacaq. Mənim torpağım başlayır Şuşadan, Xankəndindən. Bizim ordumuz, dövlətimiz Şuşanı, Xankəndini geri qaytaranda kəndimin azad olunmasını bayram kimi qeyd edəcəyəm. İnanıram ki, bu da gerçəkləşəcək”.

Oktyabrın 1-də oynanılacaq “Legiya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.10.2020

22.10.2020

01:45  "Real" - "Şaxtyor" - 2:3 VİDEO

21.10.2020

13:11  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

20.10.2020

11:14  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:10  250-ci qol

19.10.2020

18.10.2020

10:53  "Real" - "Kadiz" - 0:1 VİDEO

17.10.2020

15:18  "Qarabağ" - "Qəbələ" - HEYƏTLƏR

13:15  "Səbail" - "Keşlə" - HEYƏTLƏR
   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail