Visente Qomes: "Bu situasiyada nəsə demək çətindir"

08.11.2020 | 408 dəfə oxunub

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 9-cu turunda bu gün “Zirə”yə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Demək olar ki, oyuna pis başlamadıq. Penalti epizodumuz oldu, yararlana bilmədik. Slavik Alxasov və Filip İvanoviçin zədələnməsi oyunumuza təsir etdi. Rəqib qol vurdu və qələbə qazandı.

- Ardıcıl 6 oyundur ki, məğlub olursuz. Bunun səbəbini nədə görürsüz?

- Bu situasiyada nəsə demək çətindir. Penalti epizodumuz olur, yararlana bilmirik. Sonra rəqib sadə epizodda fərqləndi. Məğlubiyyətlərə səbəb qol imkanlarımızdan yararlana bilməməyimizdir. Son 4 oyunda yaratdığımız qol imkanlarından fərqlənə bilmiriksə, bu, çətin bir şeydir, inanılmazdır. İstədiyimiz nəticəni əldə edə bilmədik, çox üzgünəm.

- Bu gün Ramil Şeydayev mərkəz hücumçusu kimi oynadı. Əvvəlki oyunlarda cinahlarda çıxış edirdi. Onda nə fərq gördüz?

- Ötən oyunda da Ramil mərkəzdə oynamışdı. Elə də böyük bir fərq görmürəm.

- Hər dəfə müxtəlif bəhanələrlə məğlubiyyətlərə "don geyindirirsiz".  Sona 5 dəqiqə qalmış rəqib azlıqda idi, ancaq qapıya zərbə endirə bilmədiz. Sizə elə gəlmirmi ki, komanda artıq baş məşqçini qəbul etmir?

- Sizin fikrinizlə razı deyiləm. Sadəcə, son 5 dəqiqəni istədiyimiz kimi oynaya bilmədik. Bizim daha çox qol imkanımız var idi, nəinki rəqibin.

- Öz fəlsəfənizi komandaya otuzdurmağa nə mane olur?

- Bəzi şeylər var ki, onları əvvəldən həll etmək lazım idi. Mən öz fəlsəfəmi də dəyişdim ki, dinamikanı artıraq. Hazırda fəlsəfənin, sistemin önəmi qalmır. Vacib olan bizim üçün qələbədir. Və hansı sistemlə, hansı fəlsəfə ilə olursa, qazanmaq lazımdır. Əvvəlcə fəlsəfəm daha çox topu saxlayan, rəqibə təzyiq edən komanda yaratmaq idi. Amma bu, turnir cədvəli üçün yaramır. Hazırkı situasiyada hər şey bizim əleyhimizədir. Nəsə edib, dinamikanı dəyişmək lazımdır.

- Qarşıda 15 günlük fasilə var. Vəziyyəti düzəltmək üçün bu vaxt kifayətdir?

- Cəhd edəcəyik, ancaq 7-8 futbolçumuz yığmanın düşərgəsində olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

25.11.2020

22.11.2020

15:13  “Zirə” – “Keşlə” - HEYƏTLƏR

15:00  Pike zədələndi - FOTO

13:12  "Qəbələ" - "Neftçi" - HEYƏTLƏR

12:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

21.11.2020

14:55  "Qarabağ" - "Sumqayıt" - HEYƏTLƏR

11:51  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

20.11.2020

23:29  "Qarabağ"dan yenilik - FOTO

19.11.2020

18.11.2020

01:45  Fransa - İsveç - 4:2 VİDEO

17.11.2020

23:01  Lüksemburq – Azərbaycan - HEYƏTLƏR

16.11.2020

15.11.2020

14.11.2020

22:53  Millimiz Monteneqronu uda bilmədi - YENİLƏNİB
   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail