
Ayxan Abbasov: "Qəbələ”də olan o istək və aqressiya bizdən üstün idi"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 17-cı turunda səfərdə "Qəbələ" yə 0:1 hesabı ilə oyundan sonra keçirilən mətbuat konfransında oyun haqda danışıb:
- Rəqib bizdən daha istəkli idi. Bizi nə gözlədiyini bilirdik. Futbolçularımızı da bu oyuna hazırlamışdıq. Ancaq “Qəbələ” bizdən daha istəkli görünürdü. Düzdür, bəlkə də bu oyunun taleyini bir qol həll edə bilərdi. Oyunumuzdan razı qalmadım. Biz bunun üzərində işləməliyik ki, növbəti oyunda yaxşı çıxış edək. Turlar azaldıqca çempionat daha da gərginləşir, hər xalın öz dəyəri var. Məğlub olduq, “Qəbələ”ni təbrik edirəm.
- Bu gün hücumda həmişə gördüyümüz aqressivlik çatışmırdı. Bunu nə ilə izah edərdiniz?
- Hücumdan biz də narazı qaldıq. “Qəbələ”də olan o istək və aqressiya bizdən üstün idi. Əlbəttə, “Qəbələ” kimi komanda ilə səfərdə çox epizoda da girə bilmirsən. Amma epizodlarımız oldu.
- Hər iki tərəf hakimə etirazlar edirdi...
- Biz birinci hissənin ortalarına qədər hakimlikdən narazı deyildik. Yaranan səs-küy bizim komandaya aid deyildi. Sonlarda isə rəqibin bir qədər oyun gecikdirməyinə narazılığımız oldu. Ümumi götürsək, hakimlik normal idi, böyük bir səhv olmadı.
- Ötən tur "Qarabağ"dan xal aldınız. Ola bilər ki, futbolçular eyforiyaya qapıldılar?
- Yox, “Sumqayıt” elə komandadır ki, həm gənclər çoxdur, həm təcrübəlilər var. Yəni biz bilirik ki, əgər yuxarı pillələrdə qalmaq istəyiriksə, indidən nəticə çıxarıb arxayınlaşmaq bizə baha başa gələ bilər. Bu gün sadəcə Qəbələ səfərində istədiyimiz aktivliyi, aqressiyanı göstərə bilmədik.
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















PSJ - "Sent Etyen" - 3:2 VİDEO
|
||
"Napoli" - "İnter" - 1:1 VİDEO
|
||
"Milan" - "Cenoa" - 2:1 VİDEO
|
19.04.2021








18.04.2021









17.04.2021







16.04.2021







15.04.2021


14.04.2021





13.04.2021
![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Sumqayıt | 4 | 2 | 1 | 1 | 6-4 | 7 | |
2. | Sabah | 3 | 2 | 1 | 0 | 5-2 | 6 | |
3. | Neftçi | 3 | 2 | 0 | 1 | 4-4 | 6 | |
4. | Keşlə | 3 | 1 | 2 | 0 | 1-0 | 5 | |
5. | Qarabağ | 4 | 1 | 2 | 1 | 5-4 | 5 | |
6. | Zirə | 3 | 1 | 1 | 1 | 3-4 | 4 | |
7. | Qəbələ | 3 | 0 | 2 | 1 | 1-4 | 2 | |
8. | Səbail | 3 | 0 | 0 | 3 | 3-6 | 0 | |
![]() |

27.09 | Neftçi | --- | Qəbələ |
26.09 | Səbail | --- | Sabah |
26.09 | Keşlə | --- | Zirə |
25.09 | Sumqayıt | 2-2 | Qarabağ |
02.10 | Səbail | - | Keşlə |
03.10 | Qəbələ | - | Sumqayıt |
03.10 | Zirə | - | Neftçi |
04.10 | Qarabağ | - | Səbail |