Honda: "Çempionatın son 8 turuna da hazıram"

01.04.2021 | 581 dəfə oxunub

“Bura gəldiyim ilk gündən hamı mənə qarşı çox mehribandır. Hər kəsdən diqqət görürəm. Bu da mənə xoşdur”.

Stadium.Az xəbər verir ki, bu fikirləri “Neftçi”nin futbolçusu Keysuke Honda klubun televiziyasına açıqlamasında deyib.

Yaponiyalı yarımmüdafiəçi bildirib ki, yeni ölkəyə uyğunlaşma prosesi yaxşı gedir: “Neftçi”də ilk matçımı keçirdim. Məşqlər qaydasındadır”.

35 yaşlı oyunçu aprelin 4-də “Sumqayıt”la keçirəcəkləri Premyer Liqanın XXI tur matçına və mövsümün qalan hissəsinə hazır olduqlarını vurğulayıb:

“Rəqib komandanın oyunlarını özüm üçün analiz etmişəm. Necə komandaya qarşı oynayacağımızı bilirəm. Aqressiv çıxış edirlər. Bütün bunları görəndən sonra matçın çətin keçəcəyini düşünürəm. Çempionatın son 8 turuna da hazıram. Amma 100 faiz formada olmaq üçün vaxt lazımdır. Baş məşqçi şans versə, komandama kömək etməyə hazıram”.

Ulduz futbolçunun sözlərinə görə, komandasının çempionluq üçün böyük şansı var: “Bu şansdan yararlanmalıyıq. Səviyyəmiz də qalib olmağa imkan verir. Heyətdə təcrübəlilərlə yanaşı, gənc futbolçular da var. Hamımız birlikdə sonadək mübarizə aparmalıyıq. Təcrübəli futbolçular gənclər üçün nümunə olmalıdır”.

Keysuke Honda “Neftçi” ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail