"Qarabağ" La Liqadan futbolçu transfer etdi

02.08.2021 | 1847 dəfə oxunub

“Qarabağ” İspaniya La Liqasında çıxış edən “Kadis” klubunun futbolçusu Qasper Panadero Samoranı transfer edəcək.

Stadium.Az xəbər verir ki, 23 yaşlı ispaniyalı vingerlə 3 illik müqavilə imzalanacaq. Samora mərkəz hücumçusu kimi də oynaya bilir. Samora bu gün səhər Bakıya gəlib. O, Ağdam klubunda 17 nömrəli formanı geyinəcək.

Bundan başqa, Ağdam klubunun mərkəz hücumçusu transfer edəcəyi də gözlənilir.

2014-2020-ci illərdə "Almeriya"da çıxış edən Samora sonra Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vahda" komandasına transfer olunub. Orda cəmi 5 oyun keçirən Samora azad agent statusu alıb  və "Kadis"ə keçib. Samora 2020/2021-ci illər mövsümünü Sequndada çıxış edən "Ponferradina"da icarə əsasında keçirib. O, son komandasında 24 oyuna 1 qol  vurub.

Samoranın transferi ilə bağlı ilk xəbəri sportlife.az saytı yayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail