"Az epizoda girib, qol vura bilirik"

12.09.2021 | 3987 dəfə oxunub

"Çətin səfər oyunu olacağını bilirdik. Rəqibin yaxşı heyəti var. "Sabah" oyunu ilə seçilən komandadır. Meydanda istədiklərimizi edə bildik və layiqli qələbə qazandıq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 3-cü tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, fasilədən sonra komandanın arxaya çəkilməsi taktiki gediş deyildi: "Komandanı müdafiədə saxlamaq tapşırığı verməmişdik. "Sabah"ın hücumda yaxşı oyunçuları var. Onları öz qapımızda qarşılamağa məcbur olduq. İkinci planımız əks hücumlar idi ki, bunu da yerinə yetirə bildik. Ötən mövsüm daha çox qol epizoduna girirdik, dəyərləndirə bilmirdik. İndi isə az epizoda girib, qol vura bilirik".

Baxşıyev qarşısına konkret hədəf qoyulmadığını söyləyib: "Sırf Avropa Liqasında gedək" deyə bir hədəf yoxdur. Bütün diqqətimiz növbəti oyundadır. Güclənməyə ehtiyacımız var. Hücumameyilli bir oyunçumuz da olsa, kifayətlənərik".

Onun sözlərinə görə, "Qəbələ" baş məşqçiyə inam verir: "İstər mən olum, istər başqası, fərqi yoxdur. Biz özümüz də komandaya təzyiq etmirik. İstəyirik ki, onların yanaşmasını düzəldək. Aşılayaq ki, nə üçün meydana çıxırlar".

Baxşıyev "Belə rahatlıq hansısa fəsadlara yol aça bilərmi" sualına qısa cavab verib: "Nə etmişik ki, rahat olaq?"

Asif Məmmədovun durumuna da toxunan baş məşqçi kapitanın zədəsinin ciddi olmadığını deyib: "O, bizim üçün önəmli futbolçudur. Hücumları bəzən Asifin üzərində qururuq. Onun davamçısı da gəlir - Emin Səfərov".

Mütəxəssis yeni transfer Omar Hannini meydana gec buraxmasının səbəbini də açıqlayıb: "Hələ tam hazır deyil. 1 ay futbolsuz qalıb və cəmi 1 həftədir komanda ilə məşqlərə başlayıb. O, getdikcə daha yaxşı çıxış etməyə qadirdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail