Samir Abasovdan qələbə şərhi

26.09.2021 | 2092 dəfə oxunub

"Oyunun sonlarını çıxmaq şərtilə, matç yorucu idi, maraqlı keçmirdi. Bilmirəm ki, bu nəyə görə idi. Belə oyunlarda qol vurub rahatlaşmaqdansa, qol buraxıb özünə gəlmək daha yaxşıdır. Matç heç cür xoşuma gəlmədi. Heç-heçə də qeydə alına bilərdi. Son dəqiqələrdə qapımızda ikinci qolu görməyimiz mümkün idi". 

Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov  Premyer Liqanın 5-ci turunda səfərdə "Sabah"a  2:1 hesabı ilə qalib gəldikləri  oyundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, səfərdən 3 xalla dönməyimiz vacibdir: "Əvvəllər olduğu kimi, gərgin matç görmədim. Mənim üçün darıxdırıcı qarşılaşma idi. Lakin yolun əvvəlindəyik. Xoş haldır ki, udub gedirik. Pis oyunlar olmur, alınmayan oyunları, uduzmağı belə gözümüzə almışıq. Çünki yeni və gənc futbolçularımız çoxdur. Onların sistemə gəlib çatmaları üçün vaxt lazımdır. Bu gün həddindən artıq top ötürmələri edirdik. Əsas odur ki, bütün futbolçularımız sağlamdır. Onları belə matçlarla formaya gətiririk".

Yeni transferlərin hələ 90 dəqiqə oynama gücündə olmadığını söyləyən Abasov bu çatışmazlıqları get-gedə aradan qaldıracaqlarını söyləyib. Onun sözlərinə görə, Voislav Stankoviçin milliləşdirilməsinin hələ gündəmdə deyil: "Filip Ozobiçin milliləşdirilməsindən sonra Stankoviç "Mən niyə yox?" söylədi. Mənim limitlə bağlı fikirlərimdən sonra bircə UEFA prezidenti Aleksander Çeferin qaldı ki, fikir bildirməsin. PFL prezidenti Ramin Musayev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdan fikir soruşmaq pis deyil ki... Hərə öz fikirlərində bir arqument gətirməlidir. Siz onların dedikləri sözlərdən sonra "Mən də belə deyim" söyləyənlərdən çəkinin". Kapitan Emin Mahmudovun oyunun sonlarında ayağından zərbə aldıqdan sonra ayağını çəkməyə başladığını deyən baş məşqçi hələlik onun durumundan xəbərsiz olduğunu da əlavə edib.(report.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

02.12.2021

02:48  "Real" - "Atletik" - 0:1 VİDEO

02:22  "İnter" - "Spezia" - 2:0 VİDEO

02:05  "Cenoa" - "Milan" - 0:3 VİDEO

01.12.2021

30.11.2021

29.11.2021

15:20  “Qəbələ” - “Qarabağ" - HEYƏTLƏR

11:22  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:13  "Real" - "Sevilya" - 2:1 VİDEO

01:38  "Sent Etienn" - PSJ - 1:3 VİDEO

28.11.2021

14:58  “Sumqayıt” - "Zirə" - HEYƏTLƏR

11:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.11.2021

20:10  "Neftçi" və "Sabah"dan qələbə - YENİLƏNİB

17:23  "Neftçi" - "Səbail" - HEYƏTLƏR

14:22  "Sabah" - "Keşlə" - HEYƏTLƏR

11:47  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.11.2021

11:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

25.11.2021

20:32  "Qarabağ" - "Omoniya" - HEYƏTLƏR
   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail