Xuliqan "Forza Neftçi"dir, yoxsa "Neftçi"nin baş məşqçisi?

07.04.2017 | 11787 dəfə oxunub

"Qarabağ" ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Neftçi" ilə qolsuz bərabərə qalaraq, ilk oyunda qazandığı 2:0 hesablı qələbə sayəsində finala yüksəldi. Oyundan sonra yaşananlar isə tam bir xuliqanlıq idi. Söhbət, konkret olaraq "Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin mətbuat konfransındakı çıxışından gedir.

Adam, illərdi yağış, qar, soyuq demədən daim komandanın yanında olan "Forza Neftçi" azarkeş qrupuna dil uzadaraq onları xuliqan adlandırdı. Jurnalistin ona üznvanladığı "bu fikirlərinizdən sonra sizə yönələcək təzyiqlərdən qorxmursunuzmu?" sualına "qəhraman" cavabında " 15-16 yaşlı körpələrdənmi qorxacam" cavabını verdi.

Elxan bəy, 15-16 yaşlı körpə deyib təhqir etdiyiniz azarkeş qrupunda, elə mənim tanıdığım, ömrünün 20-30 ilini "Neftçi" üçün tribunalarda çürüdən stajlı "Neftçi" sevərlərin sayı N qədərdir. Gözünüzdə körpə görsənən o insanlar "Neftçi" üçün həyatlarından keçiblər. "Neftçi" tribunasını öz evləri biliblər. Həbs demədən, pulsuzluq demədən, yorulmadan, usanmadan, hətta ac-susuz belə "Neftçi" yollarında qalıblar. Onlar bunu sizə görə yox, sevgisi ilə qəlblərində taxt quran "Neftçi" üçün ediblər. Onların sevgisi, Sizin saxta iftiranız, təhqirinizlə nə azalandı, nə də itən.

Onların klub uçun etdiklərini sadalamaqla bitməz. Bəs siz "Neftçi" üçün nə etmisiniz? Niyə bu sualı özünüzə vermirsiniz? Özünüzün özünüzə bu sualı verməyi cəhənnəm, bunu  sizə ünvanlayan jurnalistlərə bir dəfə də olsun doğru-dürüst cavab verdiyiniz olubmu?

Image result for elxan Abdullayev

Əlinizi vicdanınıza qoyub doğru danışacaqsınızmı? Hər dəfəsində komandadan razı qaldığınızı, zamanla hər şeyin düzələcəyini deyirsiz. Hansı razılıqdan danışırsan ki, "Neftçi" son oyunda bir real qol epizodu yarada bilməyib. Komandaya gələndən sonra onlarla əcnəbini yola salıb, elə eyni sayda və hətta daha çoxunu gətirdiniz. Antalyada dillərə sığmayacaq təriflə toplanış keçirdiniz. Hazırladığınız komandanı "Qarabağ" gəzə-gəzə əzərək finala çıxdı. Büdcəsi büdcənizə yaxın belə düşməyən "Zirə"si, "Sumqayıtı" sizi əzib cədvəldə önə çixdı. Cavab verib təsdiqləməli, acıda olsa qəbul etməli olduğunuz məqamlar bunlar deyilmi? Əsl xuliqanlıq pulları havaya sovurub, amma bir qəpiklik nəticə verə bilməmək deyilmi? Əsl xuliqanlıq "Neftçi" ilə "Qəbələ", "Qarabağ" kimi klublarla yox, "Zirə" "Sumqayıt" kimi rəqiblərlə mübariz aparmaq deyilmi? Hörmət(siz)li Elxan, bəlkə elə əsl xuliqan "Forza Neftçi"də olanlar yox, məhz elə sizsiniz? Sadaladıqlarım buna dəlalət etmirmi? Unutma, uğura gedən yol bir neçə qapıdan keçir. Onlardan biri isə azarkeş tribunasının qapısıdı. Necə ki, zamanında bunu Sadıq müəllimi, Tahir müəllimi çox gözəl bilirdi. Amma siz o qapını üzünüzə bir də açılmayacaq formada çırpdınız. Amma çox çəkməz ki, "Neftçi" qapısı sizin üzünüzə çırpılar.

P.S. Məsəli "Forza Neftçi"dən uzaq, bax, burda deyiblər: Kor, kora, kor deməsə, ürəyi çatlar! 

Xanoğlan İmanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

13:18  ÇL-də bu gün - Yenilənir

20.08.2018

18:06  III turun oyun cədvəli - Ölkə çempionatı

14:44  "Sabah" - "Sumqayıt" 1-4 VİDEO

14:34  "Sassuolo" - "İnter" 1:0 VİDEO

14:29  "Real" - "Xetafe" 2:0 VİDEO

10:30  İkinci turu nə qədər azarkeş izləyib? - Ölkə çempionatı

19.08.2018

22:35  "Torino" - "Roma" 0:1 VİDEO

20:09  "Sabah" - "Sumqayıt" -HEYƏTLƏR

18:11  "Neftçi" - "Qəbələ" -HEYƏTLƏR

16:26  "Astana"ya geri dönəcəm" - Qriqorçuk

12:45  "Latsio" - "Napoli" 1:2 VİDEO

00:54  "Genqam" - PSJ - 1:3 VİDEO

00:30  "Kyevo" - "Yuventus" 2:3 VİDEO

00:28  "Çelsi" - "Arsenal" 3:2 VİDEO

00:06  "Zirə" - "Keşlə" 2:2 VİDEO

18.08.2018

23:49  Qurban Qurbanov: "Vaxt lazımdı" - MÜSAHİBƏ

20:15  "Zirə" - "Keşlə" - HEYƏTLƏR

18:02  "Səbail" - "Qarabağ" -HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Neftçi 2 2 0 0 4-1 6  
2. Sabah 2 1 0 1 2-4 3  
3. Qarabağ 1 1 0 0 2-0 3  
4. Qəbələ 2 1 0 1 4-2 3  
5. Sumqayıt 2 1 0 1 4-3 3  
6. Zirə 1 0 1 2 2-2 1  
7. Keşlə 2 0 1 1 2-3 1  
8. Səbail 2 0 0 2 0-5 0  
19.08Səbail 1-4Sumqayıt
19.08Neftçi 2-1Qəbələ
18.08Zirə 2-2Keşlə
18.08Səbail 0-2Qarabağ
25.08Qəbələ -Sumqayıt
25.08Qarabağ -Neftçi
26.08Keşlə -Səbail
26.08Zirə -Sabah