Pike Ramosla münasibətlərindən danışdı

10.06.2012 | 5595 dəfə oxunub

2008-ci ildə “Mançestr Yunayted”dən “Barselona”ya transfer olduqdan sonra ilk dəfə mövsümü Primeronu çempion kimi başa vurmayan Herard Pike medianın diqqət mərkəzindən düşmür. Stadium.az xəbər verir ki, xüsusilə, pop ulduz Şakira ilə münasibətdə olması ona diqqəti daim artırır. 

Avro-2012-də İspaniya yığmasının heyətinə cəlb edilən müdafiəçi mətbuat konfransı keçirib. O, həm komanda yoldaşı və “Barselona”nın təcrübəli kapitanı Karles Puyolun cərrahiyyə əməliyyatı olmasına toxunub.
Futbolçu Puyolun yoxluğunu özü üçün ciddi itki hesab edib: “Puyol mənə qardaş kimidir və onunla uzun müddət həm klubda, həm də yığmada birgə çıxış etmişik. Çox təəssüf ki, bu gün bizimlə deyil. Amma Serxio Ramos da ən yaxşı mərkəz müdafiəçilərindəndir və onunla yaxşı anlaşacağıq. Azarkeşlər deyirdilər ki, biz bir-birimizi sevmirdik. Münasibətlərimiz isti deyil. Amma bunlar tamamilə əsassız, düzgün olmayan fikirlərdir. Biz bu gün millinin düşərgəsindəyik. Hər birimiz eyni məqsəd uğrunda mübarizə aparırıq. İstəyirik ki, yenidən Avropa çempionu olaq”. 

Yarışın favoriti adlandırılmasından xoşlandığını gizlətməyən ulduz oyunçu titullarını qoruyacaq gücdə olduqlarını söyləyib: “Bizi yarışın favoriti hesab etmələri xoşuma gəlir. Bunun da səbəbi var. Bu onu göstərir ki, azarkeşlərimiz titulumuzu qoruyacaq gücdə olduğumuzu bilir. Bu komanda üzərində əlavə təzyiq yarada bilər. Əslində, şanslar bərabərdir. Əgər biz öz oyunumuzu və futbol fəlsəfəmizi ortaya qoya bilsək, bu turnirin qalibi ola bilərik”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail