"Qarabağ" "Qəbələ"ni səfərdə 1302 gündür uda bilmir

13.04.2012 | 5535 dəfə oxunub

Premyer Liqanın XXVIII turunda “Qəbələ” doğma meydanda “Qarabağ”la qarşılaşacaq. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi son 33 gündə 4-cü dəfə Fatih Kavlakın komandasına rəqib olacaq.

2012-cü ildə artıq 3 dəfə görüşən rəqiblər, 2011/12 mövsümündə 6-cı duelə çıxacaq. Bu qarşılaşmalardan yalnız birincisində - Ağdamda baş tutan matçda “Qəbələ” qalib gəlmişdi. Sonrakı 4 oyun isə heç-heçə bitir. “Qəbələ” ilə “Qarabağ” müxtəlif hesablı - qolsuz, minimal, məhsuldar heç-heçə edib.

Ümumilikdə isə “Qəbələ” “Qarabağ”la 18-ci dəfə üz-üzə gələcək. Arxada qalan 17 oyunda cəmi 3 dəfə qalib gələn qəbələli futbolçular 6 dəfə uduzub. Lakin bu məğlubiyyətlərdən 5-i 2006-08-ci illərə təsadüf edən 5 ardıcıl oyunda qeydə alınıb. Sonrakı 12 matçda isə “Qarabağ” yalnız 1 dəfə sevinib. Rəqiblərin 17 oyununda 8 heç-heçə qeydə alınıb. Ağdamlılar top fərqində də hələlik üstündür – 21:16.

Qəbələdə keçiriləcək 9-cu qarşılaşmayadək meydan sahibləri 2 qələbə qazanıb, 3 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Lakin hər 3 ev yenilgisi 2006-08-ci illərdə gerçəkləşib. Həmin son ev məğlubiyyətindən sonrakı 1302 gündə “Qəbələ” 6 dəfə “Qarabağ”ı qəbul edib və uduzmayıb. Qəbələdəki oyunların top fərqin də qonaqların xeyrinədir – 10:11.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail