Julius Vobay "Xəzər Lənkəran"a qayıtdı

13.04.2012 | 10748 dəfə oxunub

"Xəzər Lənkəran"ın Syerra Leoneli futbolçusu Julius Vobay komandanın düşərgəsinə qayıdıb. Stadium.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Julius Vobay qış fasiləsi zamanı vətəninə yollanmış və bundan sonra komandanın toplanışına qayıtmayıb. Ardından futbolçunun Misir çempionatında çıxış edən “Əl Məsri” klubunda baxışda olduğu haqqında mətbuatda xəbər yayılıb. “Xəzər Lənkəran” FK bu məsələ ilə əlaqədar dərhal sözügedən kluba məktub və FİFA-ya müvafiq şikayət ünvanladı. Julius Vobayla “Xəzər Lənkəran” Futbol Klubu arasında imzalanmış və 31 dekabr 2012-ci il müddətinə qədər qüvvədə olan müqavilənin ingilis dilinə tərcümə olunmuş nüsxəsi "Əl Məsri" klubu və ali futbol qurumuna göndərilib.

Nəhayət, FİFA Mübahisələrin Həlli Palatasının qərarına əsasən Julius Vobayın “Xəzər Lənkəran”ın futbolçusu olduğu və onun klubla müqaviləsinin mövcudluğu faktı təsdiqlənib. Eyni zamanda, Misir çempionatında baş vermiş məlum iğtişaşlar səbəbindən “Əl Məsri” klubu yerli futbol federasiyası tərəfindən ciddi sanksiyalara məruz qalıb.
 
Hazırda Julius Vobay "Xəzər Lənkəran"ın düşərgəsindədir. Yaxın günlərdə futbolçu məşq prosesinə qoşulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail