Millimizin oyunçusunun qolu Latviyada ən yaxşı seçildi VİDEO

04.05.2012 | 5364 dəfə oxunub

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun vurduğu qol Latviya çempionatında 8-ci turun ən yaxşısı seçilib. Stadium.az xəbər verir ki, o, ölkə çempionatının “Dauqava” (Riqa) ilə səfər oyununun 86-cı dəqiqəsində baxımlı qola imza atıb.
 
Belə ki, 69-cu dəqiqədən etibarən meydana çıxan Əsgərov sona 4 dəqiqə qalmış təxminən 30 metrdən vurduğu qolla komandasının üstünlüyünü daha da artırıb və görüşün yekun nəticəsini müəyyənləşdirib – 3:1.
 
Qeyd edək ki, bu, Vüqarın cari mövsümdə vurduğu ilk qol idi. O, “siftə”sindən dərhal sonra sarı vərəqə ilə də cəzalanıb. Mövsümdəki ikinci sarı vərəqəsi Əsgərova qolunu formasını çıxarmaqla bayram etməsinə görə göstərilib.
 
“Metallurg”un hazırda 7 oyundan sonra 13 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşdığını və ehtiyatda bir oyununun olduğunu da qeyd edək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail