Mahmud Qurbanov rəsmən baş məşqçi oldu

05.06.2012 | 7101 dəfə oxunub

Azərbaycanın veteran futbolçusu Mahmud Qurbanov oyunçu karyerasını başa vurub. Stadium.az xəbər verir ki, son mövsümü “Sumqayıt”da keçirən təcrübəli pleymeyker daha bir il futbol oynamaq arzusunda olsa da, “Tərəqqi”dən aldığı sərfəli təklif onu fikrindən daşındırıb.
Belə ki, Gəncə təmsilçisi Mahmuda baş məşqçi olmaq təklifi ilə müraciət edib. Xeyli müddətdi davam edən danışıqların cümə gününə qədər davam edəcəyi gözlənilsə də, Qurbanov qarşı tərəfin təklifini daha tez dəyərləndirib. Belə ki, o, gəncəlilərlə 1 illik müqavilə ilə bağlı razılığa gəlib.
Bu barədə məlumatı “Tərəqqi”nin mətbuat xidmətinin rəhbəri Musa Abdullayev də təsdiqləyib: “İnanırıq ki, Mahmud futbol biliklərini öz yetirmələrinə lazımı səviyyədə çatdıra biləcək və komandamız yüksək yerlərdən birini tutaraq, Premyer Liqaya vəsiqə qazanacaq”.
“Tərəqqi” birinci divizionda çıxış edir. Bu komanda geridə qalan mövsümdə 14 komanda arasında 9-cu olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail