Foqts günahkarların adlarını açıqladı-MÜSAHİBƏ

31.03.2011 | 3461 dəfə oxunub

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müsahibəsini təqdim edirik:

- Belçika yığması ilə qarşılaşmanı bir daha təhlil etdikdən sonra oyun barədə fikirlərinizi bilmək istərdik… 
rn
rn - Müdafiədə səhvlərin rntəkrarlanmasını görmək məni təəssüfləndirir. Almaniya və Avtriya rnyığmaları ilə oyunda olduğu kimi səhvlər ardıcıl təkrarlanır və əlavə rnvaxtda qol buraxırıq. Belə səhvlərə yol verməməliyik. Ölkənin millisi rnüçün oynamaq və məşqlərdə öyrənmək istəyi şərəfdi. Mahir və Railin rnsəhvlərini görəndə düşünürəm ki, bu oyunçular öz səhvləri üzərində rnöyrənmək istəmirlərmi? Mən müdafiəyəmeyilli futbol oynatmıram, bu mənim rnüslubum deyil. Bu, fiziki hazırlıq və konsentrasiya məsələsidi. Tibbi rnmüayinələri niyə keçiririk? Futbolçulara özlərinin nə üzərində işləməli rnolduqlarını demək üçün. Amma onların bəzisi bunu etmir. Buna görə də rn8-10 günlük təlim-məşq toplanışları futbolçuları lazımı fiziki formaya rnçatdırmağa kifayət etmir. Bu, uzunmüddətli təlim prosesidi. Bizim rnprioritetimiz bütün mövqelərdə hücumameyilli futbol oynamaqdı.
rn
rn  
rn
rn Beynəlxalq oyunlarda rəqib səhvləri rnbağışlamır. Biz çox səhv buraxırıq. Futbolçular hələ də Türkiyə yığması rnüzərində qələbə barədə düşünürlər. Təəssüf ki, Türkiyə millisi üzərində rnqələbə xeyirdən çox zərər gətirdi. Bu qələbədən sonra futbolçular həmin rnoyundakı kimi mübarizə aparmırlar. Məni təəssüfləndirən odu ki, Vaqif rnCavadov zəif oyunundan nəticə çıxarmır və qarşılaşma başa çatandan sonrarn gülür. Onun bu hərəkətini izah etmək üçün söz tapa bilmirəm.
rn
rn  
rn
rn Hələ iki səfər, dörd ev oyunmuz rnqalır. Bu oyunlarda komandanın başqa simasını görmək istəyirəm. Buna rngörə də oyunçulara fərqli münasibət olacaq. Məsələn, taktiki rntapşırıqları yerinə yetirməyən futbolçular cəzalandırılacaq. Onlar öz rnölkələrinin millisində çıxış etdikləri üçün minnətdar olmalıdılar. Mən  rnfutbolçulardan Azərbaycan üçün medyanda əzmkar mübarizə aparmağı tələb rnedirəm.
rn
rn  
rn
rn - Konkret olaraq hansı futbolçular ümidlərinizi doğrultmadı?
rn
rn - Vafiq Cavadov və Mahir Şükürovun rnoyunu məni çox təəssüfləndirdi. Rail Məlikov kimi peşəkar bir rnfutbolçunun isə belə səhvlərə yol verməsini gözləmirdim.
rn
rn  
rn
rn - Qarşıdakı oyunlarda hansı mövqelərdə dəyişiklik etməyi düşünürsünüz?
rn
rn - Klubların oyunlarını izləyəcəm. rnTibbi müayinə və təlim-məşq toplanışından sonra heyətdə hər hansı rndəyişikliklə bağlı qərar qəbul edəcəm.
rn
rn  
rn
rn - Apreldə Premyer Liqanın hansı oyunlarını izləyəcəksiniz?
rn
rn - “İnter” – “Neftçi”, “Qarabağ” – rn“Xəzər Lənkəran” və başqa oyunları izləyəcəm. Problem çempionat rnoyunlarında deyil, oyunların sürətindədi. Çempionat oyunlarındakı rnsürətlə bizim keçirdiyimiz beynəlxalq matçların sürəti arasında kəskin rnfərq var və tənqidçilər bunu tədricən görməlidilər. Bütün bunlarla rnyanaşı, müsbət məqamları da görmək lazımdı. Seçmə mərhələdə artıq 3 qol rnvurmuşuq. Rusiya və Türkiyə milliləri ilə oyunlarda əldə olunmuş müsbət rnnəticələrə sevinmişik. İndi isə tənqidi yanaşmanı qəbul etməliyik. rnFutbolçular öyrənməlidilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

20.05.2020

19.05.2020

01:09  "Verder" - "Bayer" - 1:4 VİDEO

18.05.2020

17.05.2020

13:07  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ