Futbolumuza biganə SOCAR - YAZI

Azərbaycan futbolunu bataqlıqdan çıxara bilməyən SOCAR Gürcüstan Futbol Federasiyasına sponsorluq edir

24.04.2011 | 7203 dəfə oxunub

Gürcülər ölkə futbolunu bizim neftimizin hesabına inkişaf etmək istəsə də, qonşu ölkədə bir azərbaycanlı futbolçu yetişmir

rnrn

***

rnrn

2011-ci ildə Azərbaycanın "SOCAR Energy Georgia" şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstan Futbol Federasiyasının sponsoru olub. Bu barədə sazişi şirkət rəhbəri Mahir Məmmədov və Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava imzalayıblar.

rnrn

Rəsmi imzalama mərasimi zamanı Məmmədovun bildiridiyinə görə, bizim şirkət həmişə öz orijinallığı ilə seçilən və keçmişdə beynəlxalq arenada da böyük uğurlar qazanan gürcü futbolunun inkişafına öz töhfəsini vermək qərarına gəlib.

rnrn

Öz növbəsində Siçinava qeyd edib ki, Azərbaycan şirkəti federasiyaya futbolun təşəkkül tapmasında, həm ölkənin futbol infrastrukturunun, həm də uşaq futbolunun inkişafında ciddi kömək etmək niyyətindədir.

rnrn

Sazişin təfərrüatları və məbləği hələ ki açıqlanmır.

rnrn

***

rnrn

Dünyanın ən varlı adamlarından biri Badri Patarkatsişvilinin ölümündən sonra gürcü futbolu iflas olmuş hala düşdü. Qonşularımızın köməyinə yenə biz çatdıq: 2011-ci ildə Azərbaycanın "SOCAR Energy Georgia" şirkəti Gürcüstan Futbol Federasiyasının sponsoru oldu. Bu artıq bir ənənənin davamı idi. Bundan iki il öncə neftimizin pulları gürcü şahmatının imdadına çatmışdı və qısa müddətə də olsa belə, Gürcüstan Şahmat Federasiyasının ilk və indiyədək yeganə sponsoru olmuşdu.

rnrn

Yəqin ki, bu siyasi məslədir. Şirkətimiz Gürcüstan bazarına ayaq açmaq istəyir və problemlə üzləşməmək üçün müəyyən mənada xərcə düşməlidir. Amma siyasəti kənara qoyub, incə bir məqama toxunmaq istərdim.

rnrn

SOCAR həm də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının sponsorudur. Şirkətin prezidenti Rövnəq Abdullayev isə, eyni zamanda, həm də AFFA-nın başçısıdır. Artıq neçə ildir ki, bu nəhəng maliyyə resurslarına malik neft kompaniyası ölkə futboluna milyonlar xərcləyir və bütün çabalara baxmayaraq, sevindirici bir nəticə hasil olmur. SOCAR gürcü futbolunun infrastrukturuna təkan vermək niyyətindədirsə, Azərbaycanda bu işlər niyə aparılmır? Şirkət indiyədək Azərbaycanda bir standartlara cavab verən futbol stadionu inşa etdirməyib...

rnrn

Gürcü klublarında azərbaycanlı futbolçu yoxdur

rnrn

Gürcüstanda müəyyən layihələrlə çıxış etmək niyyətini pisləmədən, simiclik və ya qısqanclıq etmədən SOCAR-ın bu məsələyə xüsusi qayğıyla yanaşmaq məcburiyyətində olduğunu vurğulamalıyıq. Gürcülərin təbirincə, Sakartvelo adlanan məmləkətdə xeyli azərbaycanlı yaşayır. Amma nədənsə bu ölkənin futbol klublarında bir azərbaycanlı belə yoxdur. Bu idman növünə marağı olanlar və müəyyən perspektiv vəd edənlər isə bir neçə il öncə Azərbaycan çempionatının bombardiri olmuş Samir Musayev kimi karyeralarını Azərbaycan da qurmalı olurlar.

rnrn

Belə görünür ki, gürcü şovinizmi, müəyyən mənada, təsirsiz deyil və doğrudan da, orada başqa millətin nümayəndəsinin üzə çıxması çətindir. Amma hətta belə olmasa da, SOCAR sözügedən müqaviləyə imza atarkən ya yeni tərəfdaşını məcbur etməli, ya da öz üzərinə məsələn, Marneuli və ya Qardabanidə futbol məktəbi açmaq vəzifəsini götürməli idi. Burada təəccüblü bir şey yoxdur - neft şirkəti futbolumuzun qayğısına qalırsa, bütün vasitələrdən yararlanmalıdır. Axı doğrudan da bu ideya Almaniyada akademiya açmaqdan daha məntiqli və perspektivli addım olardı. Amma, görünür, ki, SOCAR-ınkı neftimizin pulunu elə sağa-sola xərcləməkdi və orada milli dəyərlər, gələcəyimizin sağlamlığı, digər ölkələrdə milli azlıq təşkl edən soydaşlarımızın aqibəti maraqlandırmır. Belə deyilsə... yazımıza, təklifimə reaksiya gözləyəcəyik.

rnrn

***

rnrn

Gürcüstanın müxtəlif bölgələrində - Borçalı (Kvemo Kartli), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan MR-da, həmçinin Tiflis, Rustavi və Aqara şəhərlərində tarixən kompakt şəkildə yaşayan soydaşlarımızın sayı 360,000 min nəfərdir (2007-ci il göstəricilərinə əsasən). Bu isə ümumi əhalisi təxminən 4.5 milyon olan ölkə üçün heç də kiçik rəqəm deyil. Yeri gəlmişkən, 2007-ci ildə Gürcüstan Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktları İdarəsinin yaydığı məlumatına əsasən, ölkədə əhalinin istifadə etdiyi ikinci ən geniş yayılmış soyad Məmmədovdur. Amma nədənsə bu ölkənin futbol klublarında bir futbolçumuz belə yoxdur.

"Sport Favorit" qəzeti


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail