Diniyev: "Bu təkrarolunmaz hisslər idi"-MÜSAHİBƏ

04.05.2011 | 5661 dəfə oxunub

rn Bu yaxınlarda Qazaxıstanda keçirilənrn beynəlxalq turnirin qalibi olmuş Azərbaycan U-17 milli komandasının rnüzvü “İnter”in yarımmüdafiəçisi Coşqun Diniyev bu səfərlə bağlı rntəəssüratlarını bölüşüb, turnirdəki qələbələrindən danışıb.
rn
rn
rn - Coşqun, bunadək müxtəlif rnyaş kateqoriyalarında Azərbaycan milli komandalarında da çıxış etmisən. rnLakin U-17 komandasının heyətində bu turnir sənin üçün əlamətdar oldu...
rn
rn - Bəli, iki il U-15 millisinə dəvət rnaldım, sonra U-16 komandasının şərəfni qorudum və indi də Azərbaycan rnU-17 milli komandasında oynamaq şərəfinə nail oldum. Həmçinin məşqçi rnTəbriz Həsənovun rəhbərliyi altında ilk dəfə çıxış etmədiyimi və U-17 rnkomandasının bir çox futbolçularıyla U-15 və U-16 komandalarında rnbirlikdə oynadığımı da demək istərdim. Buna görə də, uyğunlaşmayla bağlırn hər hansı problemim olmadı. Komanda tərəfdaşlarımla əla münasibətlərim rnvar, bütün uşaqlar bir-birilərinin oyunlarını əla bilirlər və rnbir-birlərini bir kəlmədən anlayırlar.
rn
rn  
rn
rn - Qazaxıstanda Prezident rnKuboku turnirində Azərbaycan U-17 millisi yaxşı futbol nümayiş etdirdi rnvə turnirin qalibi olmağı bacardı. Turnir haqqında təəssüratlarını rnbölüşməyini istərdik...
rn
rn - Bu, çox yüksək səviyyəli turnir rnidi, turnirdə 8 güclü milli komanda iştirak edirdi. Ən ciddi rəqiblər rnarasında Türkiyə və Ukrayna milli komandalarını qeyd etmək istərdim. rnMüəyyən bölgüdə Ermənistan yığmasıyla da qarşılaşa bilərdik. Biz turnirirn İran millisilə keçirdiyimiz oyunla açdıq. Sonra ev sahibi Qazaxıstan rnkomandasıyla qarşılaşdıq. Bu oyunlar çox mürəkkəb alındı, lakin buna rnbaxmayaraq qazaxları məğlub etməyi bacardıq. Qrupda son tura 100 faizlikrn göstəricilə yaxınlaşdıq və finala çıxışımızı təmin etdik. Bu vəziyyət rnÖzbəkistanla oyuna formal xarakter verirdi, ancaq buna baxmayaraq biz burn qarşılaşmada da qalib gəldik. Həlledici qarşılaşmada bizi Ukrayna ilə rnoyun gözləyirdi. Bu matçda çempionluğun taleyi həll edilirdi və biz ilk rnnövbədə komanda oyunu sayəsində uğur qazanmağı və rəqibi üstələməyi rnbacardıq.
rn
rn  
rn
rn - Ukrayna ilə oyunda final fitindən sonra hansı hissləri yaşadın?
rn
rn - Bu, təkrarolunmaz hisslər idi. Biz qalib gələcəyimizə inanırdıq və bu inam bizə kömək etdi. Biz Allahın köməyilə qalib gəldik.
rn
rn  
rn
rn - Milli komanda üçün yaradılmış şəraiti necə qiymətləndirirsən?
rn
rn - AFFA bizim üçün bütün lazımi rnşəraiti yaradıb, biz federasiya tərəfindən qayğını hiss edirdik və bu, rnbizə kömək edirdi. Qeyd etmək yerinə düşərdi ki, Ukrayna ilə final rnmatçında bizi dəstəkləmək üçün AFFA-nın baş katibi Elxan Məmmədov rngəlmişdi.
rn
rn  
rn
rn - Sənin məşqçi Şahin Diniyevin oğlu olduğunu bilirik. Futbola sevgini sənə atan aşılayıb? Yoxsa...
rn
rn - Yox, mən futbolu uşaqlıqdan rnsevirdim. Atam futbol aləmində mənə yalnız yol göstərirdi, məsləhətlər rnverirdi və məni bütün təşəbbüslərimdə dəstəkləyirdi.
rn
rn  
rn
rn - Atan “İnter”in heyətində, rnistər U-17, istərsə əvəzedici komandada sənin matçlarını tez-tez rnizləyir. Həmişəmi çıxışından razı qalır? Yoxsa tez-tez tənqid edir?
rn
rn - Atam mənə məsləhətlər verir, rnzəngin təcrübəsini bölüşür və mən də onun məsləhətlərinə qulaq asmağa rnçalışıram. Ümid edirəm ki, bu, məndə alınır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail