Robertas Poşkuş: "Bu il Azərbaycan Kubokunu qazanmaq üçün böyük şansımız var"
Litvalı hücumçu Robertas Poşkuş ikinci mövsümdür ki,"İnter" komandasının şərəfini qoruyur.Keçən mövsüm vurduğu qollarla komandasını çempionluğa daşıyan "Litva tankı"nın bu mövsüm oyunu alınmır. "İnter" klbunun rəsmi internet saytına verdiyi müsahibədə Robertas Poşkuş "Qarabağ"la oyun barədə və Azərbaycan Kubokunda "Şuşa" komandası ilə keçiriləcək görüşdən danışıb.
rn- "Qarabağ"la matçda "İnter"in oyunu alınmadı, ikinci məğlubiyyətə səbəb nə oldu?
rn- Bununla bağlı onu deyə bilərəm ki, bu futboldu. Oyunda malik olduğunu heç də həmişə nümayiş etdirmək alınmır. Bizim komanda da yaxşı keyfiyyətlərini nümayiş etdirə bilmədi. Zəif oynadıq, vacib olmayan qol buraxdıq, cavab qolunu bura bilmədik.
rn- Bu il komandanın hücum potensialı, yumşaq desək, yaxşı vəziyyətdən uzaqdı. Bunu 16 oyunda 13 qolun vurulması da təsdiqləyir. Bunlardan da yalnız 3 qol hücumçular tərəfindən rəqib qapısından keçirilib...
rn- Bu, təkcə hücumçulardan asılı deyil. Siz harada klub görmüsünüz ki, orada qolu ancaq forvardlar vurub? Müasir futbolda bir futbolçu, kim olmasından asılı olmayaq, təkbaşına çox az nəticə göstərməyə qadirdir. Maradona belə! Sizi əmin edirəm ki, təkbaşına nəyəsə nail olmaq praktiki olaraq mümkün deyil. Bu, komanda oyunudu və vurulmuş qollar yaradılmış kollektiv fəaliyyətin nəticəsidi.
rn- Sizin sözlərinizdən belə bir sual yaranır, o zaman həmin komanda fəaliyyəti ilə nə baş verdi?
rn- Biz o qədər xoş olmayan mərhələ yaşayırıq, elə istədiyimiz kimi də oynaya bilmirik. Bunun səbəblərinin nədə olduğunu bilmirəm. Lakin eyni zamanda bunu faciə də hesab etmirəm, biz yaranmış vəziyyətdən çıxmaq üçün mütləq yol tapacağıq. Bizim komanda ruhən güclüdü. Biz liderlərdən bir qədər arxada qalmışıq, ancaq bu məsafəni asanlıqla ləğv etmək olar, qarşıda, demək olar ki, mövsümün yarısı var.
rn- "İnter" çox qol vəziyyətləri yaradır, ancaq onları yerinə yetirə bilmir...
rn- Futbolda yüz faizlik istifadə olmur. Qol vəziyyətləri yaradılır, bəziləri yerinə yetirilir, bəziləri yox. Çox sayda qol vəziyyətləri yaradırıq, demək də doğru olmazdı. Vəziyyətlər bir, iki, üç dəfə olur, amma bundan artıq yox. Çox qol vurmaq üçün çox sayda vəziyyətlər yaratmaq lazımdı.
rn- Qarşıda "Şuşa" ilə kubok oyunu var. Oyuna necə hazırlaşmısız?
rn- Matça ciddi hazırlaşırıq. Rəqibə hörmət bəsləyirik, amma demək istəyirəm ki, biz bu mərhələni keçməliyik. Bu il Azərbaycan kubokunu qazanmaq üçün böyük şansımız var və bu imkandan istifadə etməliyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |