Heç-heçə seriyasını qələbə ilə qıraq!
"Rəvan” Topaz Premyer Liqasının XIII turu çərçivəsində "Sumqayıt” klubunu qəbul edəcək. Noyabrın 8-i "Bayıl Arena”da keçiriləcək görüş öncəsi tarixə baş vurub komandaların oyunlarının statistikasını incələmək yerinə düşərdi.
Komandalar indiyə qədər öz aralarında 11 oyun keçirib. Bu görüşlərdən 9-u Premyer Liqa, 2-si isə I divizion çərçivəsində baş tutub. Bu matçlarda komandamızın böyük üstünlüyü var. Belə ki, "Rəvan” Premyer Liqada "Sumqayıt” ilə keçirdiyi 9 oyundan 6-da qalib gəlib və yalnız 2 halda meydanı xalsız tərk edib. Topların fərqində də üstünlüyümüz var – 13:9.
I diviziondakı qarşılaşmalara gəlincə, rəqibi 2010/11 mövsümünün hər iki oyununda "quru” hesabla üstələmişik – 4:0, 1:0. Deməli, ümumi balansda 11 oyundan 8-də qələbə əldə etmişik.
Qeyd edək ki, "Sumqayıt” ilə Premyer Liqadakı ilk oyunumuzdan sonar bu rəqiblə heç vaxt "sülh” bağlamamışıq. Həmin bu istisna ev oyununa təsadüf edib. Ümumiyyətlə, doğma divarlar arasında "Sumqayıt”a cəmi 1 dəfə uduzmuşuq: ötən il dekabrın 16-da baş tutan görüş 2:3 hesabı ilə rəqibin xeyrinə nəticələnib. Bu həm də rəqibin Premyer Liqada səfərdə əldə etdiyi son zəfərdir. Həmin oyundan sonra "Sumqayıt” düz 14 səfər matçında hesabına 3 xal yaa bilməyib. "Rəvan” isə ev oyunlarında ötən mövsümün axırlarında ardıcıl 4 qələbə qazansa da, cari mövsüm ev qələbəsinə həsrətdir. İlk 2 ev oyununda uduzan komandamız sonrakı 4 qarşılaşmada "sülh” bağlayıb. Seriyaya qələbə ilə son qoymaq əla olardı.
Sonda komandalar arasında ölkə çempionatında baş tutan oyunları da diqqətinizə çatdırırıq:
13.09.2010 | Rəvan – Sumqayıt | 4:0 |
13.09.2011 | Sumqayıt - Rəvan | 0:1 |
13.09.2011 | Rəvan – Sumqayıt | 0:0 |
13.09.2011 | Sumqayıt - Rəvan | 0:1 |
13.09.2012 | Sumqayıt - Rəvan | 0:1 |
13.09.2012 | Rəvan – Sumqayıt | 3:2 |
13.09.2012 | Sumqayıt - Rəvan | 0:1 |
13.09.2012 | Rəvan – Sumqayıt | 2:3 |
13.09.2013 | Rəvan – Sumqayıt | 3:0 |
13.09.2013 | Sumqayıt - Rəvan | 4:1 |
13.09.2013 | Sumqayıt - Rəvan | 0:1 |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |