Şəhriyar Rəhimov: "Bütün mənzərəni pozan məntiqsiz qol buraxdıq"

13.12.2010 | 3887 dəfə oxunub

"İnter"in yarımmüdafiəçisi Şəhriyar Rəhimov klubun rəsmi internet saytına AZAL-la oyundan sonra müsahibə verib.

rn

- "İnter" vəziyyətə nəzarət edirdi və 90 dəqiqə təşşəbbüsə yiyələnmişdi. Buna baxmayaraq,  komanda qələbə qazana bilmədi...

rn

-  Bütün oyunboyu üstünlüyü ələ almışdıq. Rəqibdən daha çox qol vəziyyəti yaratdıq. Hesabı açmaq mümkün oldu. Ancaq çox keçmədi ki, səhv etdik və bütün mənzərəni pozan məntiqsiz qol buraxdıq.

rn

-  Artıq üç oyundur ki,"İnter" qələbə qazana bilmir. Bunu nə ilə izah etmək olar?

rn

-  Bütün oyunlarda yaxşı oynayırıq. Oyunun gedişinə nəzarət edirik, qol vəziyyətləri yaradırıq, lakin bəxt bizim tərəfimizdə deyil. Bundan başqa, çempionat daha da güclənib və biz asan qələbə qazanmaq mümkün olmayan rəqiblərə qarşı oynayırıq.

rn

-  Bu heç-heçədən sonra "İnter" komandası turnir cədvəlində beşinci pilləyə endi...

rn

-  Bu bizi təəssüfləndirir. Kədərlidi ki, 5-ci yerə düşdük, amma qarşıda çox oyun var. İnşallah güc toplayarıq və yavaş-yavaş yüksək pillələrə qalxarıq.

rn

-  Səni start heyətində tez-tez görmək olmur, amma AZAL-la görüşdə meydana çıxdın və bütün matçı inamla oynadın.

rn

-  Mənə şans verildi və bundan istifadə etmək üçün əlimdən gələni etdim. Hərdən olur ki, nəyə qadir olduğunu göstərə bilmirsən. Məşqçinin mənə göstərdiyi etimadı doğrultmağa çalışıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail