Millimizin üzvü Bundesliqada oynayacaq

09.12.2013 | 5455 dəfə oxunub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tuğrul Erat Almaniyanın II Bundesliqasında çıxış etmək imkanı qazanıb. Stadium.az xəbər verir ki, Düsseldorf "Fortuna"sının Regional Liqada çıxış edən U-23 komandasının formasını geyinən futbolçumuz əsas heyətə cəlb olunub.

I Bundesliqada çıxış edən Düsseldorf uğursuz çıxış edir. Bu səbəbdən rəhbərlik komandada islahatlara start verib. Baş məşqçisi Mayk Büskensi istefaya göndərən "Fortuna" bu postu müvəqqəti olaraq Oliver Rekə tapşırıb. Baş məşqçinin səlahiyyətlərini icra edən mütəxəssis isə komandada ciddi dəyişikliklərə başlayıb, hətta kapitandan belə imtina edərək Tuğrul Eratı əsas heyətə çağırıb.

Millimizin üzvü bu gün "Kayzerslautern"lə səfərdə baş tutacaq matçda debüt edə bilər. Futbolçumuzun əsas heyətə cəlb olunmasına münasibəti belə olub: "Əsas komandaya cəlb olunduğumu cəmi 2 gün əvvəl bilmişəm. Bu, möhtəşəm hisslərdi".

Qeyd edək ki, "Fortuna" 16 oyundan sonra 19 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. "Kayzerslautern" - "Fortuna" oyunu Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail