"Neftçi" Orxan Məmmədovun AZAL-la oyunda "Qəbələ"yə "işlədiyini" iddia edir
AZAL - “Neftçi” oyunundan sonra yaranan gərginlik
davam edir. Stadium.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Orxan Məmmədova
olan iradlar “Neftçi” tərəfindən davam etməkdədir. Bu barədə
Məkdaşımıza açıqlama verən “Neftçi”nin mətbuat xidmətinin
rəhbəri Gündüz Abbaszadə hakimi qınamaqla yanaşı, “Qəbələ”yə də “ilişib”: “Dünənki
oyunda hakimə etirazımız əbəs yerə deyildi və bu etirazımızı sona qədər davam
etdirəcəyik. Kimlərsə bizim
“Neftçi”yə göstərilən qırmızı vərəqələrə etiraz etdiyimizi düşünürsə, yanılır.
Biz rəqibin qapıçısı Ruslan Məcidova cərimə meydançasından kənarda əllə
oynadığı üçün göstərilməyən qırmızı vərəqəyə, eləcə də AZAL-ın müdafiəçisi
Aleksandr Şemonayevin sistematik qayda pozuntularına göz yumulmasına, lehimizə
olan penaltinin təyin olunmamasına etiraz edirik. Maraqlı bir faktı deyim,
oyunun baş hakimi Orxan Məmmədov qəbələlidir. Hətta bu mövsümün 3-cü turunda
keçirilmiş “Sumqayıt” – “Qəbələ” oyunundan sonra bəzi qəbələli azarkeşlərin
onun Qəbələdə yaşayan atasının evini yandırmaq istədiyini və onun evinin
qarşısında piket keçirdikləri haqda xəbərlər də yayılmışdı. Necə olur ki,
“Neftçi”nin qızıl medallar uğrunda mübarizədə əsas rəqiblərdən birinin “Qəbələ”
olduğu nəzərə alınmır, vaxtilə yerliləri tərəfindən təzyiqlə üzləşmiş bir hakim
“Neftçi”nin oyununa təyin olunur?! Kim zəmanət verə bilər ki, Orxan Məmmədov növbəti dəfə təzyiqlə
üzləşəcəyindən qorxmur? Yerlilərinin maraqlarını güdmür? Məncə, bunu
araşdırmağa dəyər. Hakimlərimizin qərəzli olmadığına ümid etsək də, Orxan Məmmədovun
idarəçiliyindən sonra buna inanmağımız gəlmir”.
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |