"İnter"in futbolçusu Türkiyəyə doğru

21.12.2013 | 8310 dəfə oxunub

İndi haqqında danışacağım futbolçunu bəlkə də çoxları tanımır. Amma bizdən fərqli olaraq artıq türklər onu yaxşı tanıyır. Təbii ki, menecerlərdən söhbət gedir.


Ülvi İbadzadə “İnter”in oyunçusudu. 1996-cı il təvəllüdlü futbolçu “Neftçi”İSm-in yetirməsi olub. “Sabahın ulduzları” çempionatında ulduzu parlayıb. Amma bu çempionatda iştirak etməyin onun üçün bir fayda verməyəcəyini anlayaraq “Vətən”ə keçərək Respublika birinciliyində oynayıb.


“İnter”in əvəzedici heyətinin keçmiş çalışdırıcısı Elşad Əhmədov isə onu komandaya cəlb edib. 17 yaşlı futbolçu Kaxaber Sxadadzenin də diqqətini cəlb edən oyunçulardandı.


Meydanda hirsi və döyüşkənliyi ilə seçilən futbolçu U-19-un da əvəzedilməzidi. Əsas komandanın məşqlərində iştirak edən Ülviyə Türkiyədən təklif çıxıb. Aldığımız məlumata görə, yerli menecerlərdən biri İbazadəni “Kardemir Karabükspor”a aparacaq.


Türk klubunun əvəzedici heyətinə yollana biləcəyi deyilir. Əgər ora yollansa, onu baxışdan keçirəcəklər. Yarımmüdafiəçi olmasına baxmayaraq sırf hücumçu kimi də çıxış etməyi bacaran Ülvinin qışda qardaş ölkəyə getməsi gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail