"AZAL-ın qələbəsinə kölgə salmasınlar" - MÜSAHİBƏ

23.12.2013 | 4838 dəfə oxunub

AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun müsahibəsi:

- Topaz Premyer Liqanın son turunda "Neftçi" üzərində vacib qələbə qazandınız. Bu görüş haqda fikrilərinizi bilmək istərdik.

- Əvvəlcə onu deyim ki, AZAL həmişə qələbə üçün meydana çıxıb. Azərbaycanın ən güclü komandalarından birinə qarşı mübarizə apardıq. Çox şadam ki, futbolçularım ağır məğlubiyyətdən, yəni Zaqatala səfərindən sonra özlərini topladılar, psixoloji cəhətdən hazır oldular. Demək olar ki, verdiyim tapşırıqları tam şəkildə həyata keçidilər və lazım olan nəticəni əldə etdik. Həmişə deyirdim ki, biz komanda şəklində güclüyük. Hər bir rəqibə qarşı komanda şəklində mübarizə aparmaq mümkündür. Bunun da nəticəsidir ki, çox güclü "Neftçi" komandasına 2:1 hesabı ilə qalib gəldik. "Neftçi" üzərində qələbə dediklərimin sübutudur.

- Oyunun nəticəsini ədalətli saymaq olar?

- Əlbəttə, başqa necə ola bilər?

- Ancaq "Neftçi" tərəfi iddia edir ki, görüşün baş hakimi Orxan Məmmədov komandanızın lehinə bir sıra qərarlar verib.

- Mən başa düşürəm, məğlubiyyətdən sonra hər birimiz kimdəsə günah axtarmağa çalışırıq. Ancaq mən hesab edirəm ki, ədalətli nəticədir və layiqli qələbə qazandıq.

- Hakimliklə bağlı siz nə deyə bilərsiniz? "Neftçi"nin iddiaları nə dərəcədə doğrudur?

- Gəlin, bunu müvafiq qurumların öhdəsinə buraxaq. Hakimlər haqda məsələni müzakirə etməməliyik. Hakimin hansısa səhvi varsa, mütləq cəzalandırılacaq. Yenə deyirəm, "Neftçi"nin iddiasını başa düşürəm. Hər birimiz məğlub olanda bu duruma düşə bilərik. Ancaq sonra başa düşürük ki, səhvi başqa yerdə axtarmalıyıq. Çox maraqlı, gərginliyi ilə seçilən bir oyunun şahidi olduq. Heç kim gözləmirdi ki, oyunun sonuna 10 dəqiqə qalmış "Neftçi"nin 2 futbolçusu qırmızı vərəqə alacaq və AZAL bundan səmərəli istifadə edəcək. Ancaq bu, baş verdi. AZAL-ın qələbəsinə kölgə salmağa ehtiyac yoxdur.

- AZAL-ın kapitanı Viktor İqbekoyi "Neftçi" ilə oyunda ağır zədə aldı. Onun durumu necədir?

- Ən vacibi odur ki, çox ciddi zədə olmasına baxmayaraq, sınıq yoxdur. Komanda 2 həftəlik istirahətə buraxılıb. Ona görə də indi nəsə deməyə çətinlik çəkirəm. Futbolçu komandaya qoşulandan sonra zədəsinin nə dərəcədə ciddi olduğunu biləcəyik. Ancaq ayağında sınıq və çatın olmaması ondan xəbər verir ki, 2-3 həftədən sonra komanda ilə birgə məşqlərə qoşula bilər.

- Qış fasiləsi zamanı AZAL-dan göndəriləcək futbolçular olacaq?

- Ruslan Tağızadə və Freddi Borqla müqaviləyə xitam vermişik. Qalan bütün futbolçularımızla yoları davam etdirmək qərarı verdik. Bir neçə futbolçi ilə heyətimizi gücləndirmək fikrimiz var. Bunu edə bilsək, gələn il daha güclü AZAL-ın şahidi olacağıq. Komandamız yanvarın 5-də bir araya gələcək və təlim-məşq toplanışına start verəcəyik. Toplanışı isə harada keçirəcəyimizlə bağlı hələlik qərar verilməyib. 


Qol.az 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail