"Rəvan" Şahin Diniyevi rahatlaşdırdı

24.12.2013 | 4953 dəfə oxunub

“Nurgün Motors” şirkətinin himayə etdiyi “Rəvan” Azərbyacan futbolunda qeyri-sabit komandalardan biri kimi tanınır. “Rəvan”ın qeyri-sabitliyi təkcə nəticələri ilə bağlı deyil, klubun idarəetmə sistemində də qeyri-sabitlik hökm sürür. 

“Rəvan” Azərbaycan çempionatında ən çox məşqçi dəyişikliyinə əl atan komandadı. Klub rəhbərliyi mövsüm ərzində 5-6 dəfə məşqçi dəyişikliyi həyata keçirir. Şahin Diniyevin gəlişindən sonra bu işdə səngimə hiss olunur. Diniyevin rəhbərliyi altında komanda hələ də qələbə qazana bilməyib. “Rəvan” çempionatın iki aşkar autsayderindən biridi və Prenyer Liqanı tərk etməyə namizəd sayılır.

Ancaq klub rəhbərliyi Şahin Diniyevlə yolları ayırmağı düşünmür. Görünür, ardıcıl məşqçi dəyişikliklərinin effekt vermədiyini anlayan rəhbərlik başqa kursa üstünlük verəcək.

Klubda yüksək vəzifə tutan şəxsin verdiyi məlumata görə, “Nurgün Motors” komandanın büdcəsini artırıb. “Rəvan”ın büdcəsi təxminən 2 dəfə artırılaraq, 4 milyon dollara çatdırılıb.

Bu vəsaitin bir qismi yeni futbolçuların transferinə xərclənəcək. Qış fasiləsindən sonra komandada qələbə zamanı verilən mükafatın da məbləği artırılacaq. Vəsaitin bir qismi də bu məqsədlə istifadə ediləcək.

“Rəvan” heyətini gücləndirmək üçün həm yerli, həm də legioner futbolçuların transferlərini reallaşdırmaq istəyir. Legioner futbolçuların transferi üçün əsasən Rusiya bazarına üz tutulacaq.

Bu məqsədlə komandanın baş məşqçisi Şahin Diniyev artıq Rusiyaya yollanıb. Mətbuatda Diniyevin müalicə məqsədilə Kislovodska getdiyi bildirilsə də, məşqçinin səfərinin əsas məqsədi komandya cəlb etmək istədyi futbolçularla danışıqlar aparmaqdı. Diniyev Rusiyadakı əlaqələrindən yararlanaraq bir neçə təcrübəli futbolçunu “Rəvan”a gətirmək istəyir.

Qeyd edək ki, Şahin Diniyev bir müddət Qroznının “Terek” komandasında məşqçi kimi çalışıb. Onun Rusiyanın futbol təsərrüfatında yaxşı əlaqələri var.

“Rəvan”ın bu mövsüm üçün əsas vəzifəsi Premyer-Liqada yerini qorumaqdan ibarət olacaq. Klub rəhbərliyi növbəti mövsüm Diniyevin qarşısında avrokuboklara vəsiqə əldə edə biləcək komanda formalaşdırmaq tələbi qoyub.

Bu, “Rəvan”da büdcə ilə bağlı sonuncu artım olmayacaq. Mənbənin verdiyi məlumata görə, mövsümün sonunda “Rəvan”ın büdcəsinin 7 milyon dollara qədər artırılacağı gözlənilir.

publika.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail