Güvənç Kurtar milli komandanın üzvünü istədi !

10.01.2014 | 6760 dəfə oxunub

"Rəvan"a baş məşqçi təyin edilən Güvənç Kurtar futbolçu axtarışına başlayıb. Stadium.az-ın əldə etdiyi məlumatına görə, Güvənç bəy "Adana Dəmirspor"da olduğu vaxtdan komandasında görmək istədiyi oyunçunu indi yeni klubuna gətirir. Qırğızıstan milli komandasının formasını geyinən David Brus Tete "Rəvan"ın gündəmindədi. 1985-ci ildə Qanada dünyaya gələn Tete ilk dəfə Asiyaya 2006-ci ildə gəlib. Tacikistanın "Reqar-TadAz" klubunda oynamağa başlayan afrikalı 2007-ci ildə "Dordoy-Dinamo Narın"a icarəyə verilib.

2008-ci ildən isə qırğızlar onunla rəsmi müqavilə imzalayıb. 2011-ci ildən isə ölkənin ən tanınmış "Dordoy Bişkək"lə rəsmi müqavilə imzalayıb. 2013-cü ildən Qırğızıstan milli komandasına cəlb edilən Tete meydana çıxdığı 3 görüşdə üç qol da vurub. Makao, Pakistan və Tacikistanla görüşlərdə fərqlənən afrikaəsilli yarımmüdafiəçi Güvənç Kurtrın gözünə girməyi bacarıb. Aylıq məvacibi 2000 dollardan yuxarı olmayan Tete “Rəvan”ın ona edəcəyi təklifə müsbət baxacağı gözlənilir. Qaraçuxur təmsilçisi Tete üçün illik 60 min dollarından keçməyə hazırdı.

Qarşıdaki günlərdə Tetenin Bakıya gələrək “Rəvan”la müqavilə imzalayacağı da gözlənilir. Qırğızıstan milli komandasının aparıcı üzvü sayılan Tete Azərbaycanla keçirilən beynəlxalq yoldaşlıq görüşündə də meydana çıxmışdı. Açığı, Tete bu görüşdə bir neçə dəfə qola yaxın olmuşdu.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail