Topaz Premyer Liqa: turun ən yaxşı oyunçusu müəyyənləşdi

04.02.2014 | 3978 dəfə oxunub

Topaz Premyer Liqasında 19-cu turun rəmzi komandası və ən yaxşı oyunçusu açıqlanıb.

Stadium.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasında təqdim etdiyi məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimi olub:

Qapıçı – Saşa Stamenkoviç (“Neftçi”)

Müdafiəçilər – Bruno Bertuççi (“Neftçi”), Bədavi Hüseynov (“Qarabağ”), Tieqo Vilyam (“Xəzər Lənkəran”), Maksim Medvedyev (“Qarabağ”)

Yarımmüdafiəçilər – Cavid İmamverdiyev (“Neftçi”), Manuel Skarlatake (“Xəzər Lənkəran”), Flavinyo (“Neftçi”), Junior Vilson (“Bakı”)

Hücumçular – Ernest Nfor (“Neftçi”), Tiaqo Ribeyro (“Rəvan”)

Ötən tur topa ən çox nəzarət komanda “Qarabağ” olub – 65 faiz. Ağdam təmsilçisi dəqiq ötürmələrə görə də fərqlənib (89 faiz). AZAL ən çox hücum quran (121), “Qəbələ” isə rəqib qapısına ən çox zərbə endirən tərəfdir (18). “Simurq” 8 künc zərbəsi ilə, “Rəvan” isə 5 oyundan kənar vəziyyətlə fərqlənib.

Topaz Premyer Liqasında 19-cu turun ən yaxşı oyunçusu isə “Neftçi”nin hücumçusu Ernest Nfor olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail