Ronaldonun cəzası məlum oldu

05.02.2014 | 3612 dəfə oxunub

"Atletik" ilə görüşdə rəqibi İturaspeni vurduğu üçün meydandan qovulan "Real"ın hücumçusu Kriştiano Ronaldonun cəzası bəlli olub. Stadium.az xəbər verir ki, portuqaliyalı futbolçu 3 oyunluq cəzalandırılıb.

 "Atletik"lə oyunda etdiyi hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan Ronaldo çıxarkən ehtiyat hakimin ünvanına təhqiredici ifadələr işlətmişdi. Matçın baş hakiminin bunu protokolunda qeyd etməsi Ronaldoya baha başa gəlib. Belə ki, həmin görüşdə baş verənləri araşdıran İspaniya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi təcrübəli futbolçuya 3 oyunluq cəza kəsib. Lakin bu oyunlar yalnız La Liqanın oyunlarına şamil ediləcək. Ronaldo cəza səbəbindən "Vilyareal", "Elçe" və "Qetafe" ilə matçları buraxmalı olacaq. Qeyd edək ki, Ronaldo İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində bu axşam "Atletiko" klubu ilə keçiriləcək matçda forma geyinə biləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail